• Təqvim

  • Unutma

  • Maraq



Müstəqilliyimizin müqəddəs rəmzi

9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜDÜR-------------------------------


Müstəqilliyimizin müqəddəs rəmzi
9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar rayonumuzda tədbir keçirilib. Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ilk dəfə Azərbaycan bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bildirib ki, respublikamızın bir çox rayonlarında, o cümlədən Qazaxda Dövlət Bayrağı Meydanı salınıb. Qazax şəhərində 2011-ci ilin aprel ayında tikintisi başa çatan Dövlət Bayrağı Meydanında hündürlüyü 51 metr olan dövlət bayrağımız ucaldılıb.
Müstəqilliyimizin müqəddəs rəmzi
2016-cı ilin oktyabrında həmin meydanda yenidənqurma, restavrasiya işləri başa çatıb. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır. Bu gün Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır və bu, hər bir azərbaycanlıya fəxr və şərəf gətirir.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış edərək Dövlət Bayrağı Gününün təsis edilməsindən, ölkəmizdə hər il bu bayramın yüksək səviyyədə qeyd edilməsindən danışıb.

Sonra Bakı Dövlət Universiteti Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Dövlət Bayrağı və Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı maraqlı fikirlər söyləyiblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını bir daha təbrik edib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənməsi naminə uzun illər səmərəli fəaliyyət arzulayıb.

Elçin İSMAYIL


Facebook-da paylaş