• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Ağköynək kənd sakini Abdullayeva Nazilə Məmməd qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri övladının imtahanda iştirak etməsini bildirib.

Şəhər sakini Abbasova Sadə İsmayıl qızı da oğlunun və qızının işlə təmin olunmaları barədə müraciət edib. Vətəndaşın müraciətinə cavab olaraq qızının xalçaçılıq müəssisəsində işləməsi təklif olunub.

Cəfərli kənd sakini Yusifov İsmət Fazil oğlunun torpaq sahəsinin zəbt olunması, Yuxarı Əskipara kənd sakini, hərbi təqaüdçü Məmmədov Nizami Xəliddin oğlunun, şəhər sakini, müharibə veteranı Nəbiyev Sarvan Nəbi oğlunun adlarına verilmiş torpaq sahələrinin sənədləri ilə bağlı müraciətlərini dinləyən İcra Başçısı qaldırılan hər bir məsələnin araşdırılması və nəzarətə götürülməsi barədə tapşırıq verib.

Onun müraciətini nəzərə alaraq fərdi şəkildə qəbul etdiyinə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirən şəhər sakini Musayev Çingiz Şahmalı oğlu qızının işi ilə bağlı müraciət edib. Vətəndaşa qızının sənədlərinin Qida Təhlükəsizliyi Agentliyinə göndərildiyi və iş başlayan zaman dəvət olunacağı bildirilib.

Hüseynbəyli kənd sakini, II qrup əlil Abdullayev Cəfər Telman oğlunun işlə bağlı müraciətinə də müsbət cavab verilib. Rayon rəhbəri onun Kosalar kəndində tütün sahəsində işlə təmin olunması barədə tapşırıq verib.

Daş Salahlı kənd sakini Əliyev İlham Vəli oğlu həyat yoldaşı Əliyeva Yasəmən Xəlil qızı ilə birlikdə evinin yanmasını bildirib və dam örtüyünün vurulmasına köməklik göstərilməsini xahiş edib. Sakinləri diqqətlə dinləyən İcra Başçısı evlərinin dam örtüyünün vurulmasına köməklik göstəriləcəyini bildirib və bu barədə aidiyyatı təşkilat rəhbərinə göstəriş verib.

Şəhərdə yaşayan Bağanıs Ayrım kənd sakini Poladova Dilqəm Mahmud qızının oğlunun işlə təmin olunmaq barədə müraciətinə cavab olaraq oğlunun sənədlərini təqdim etməsi, şəhər sakini Həsənov Vüqar Ədalət oğluna isə ixtisasına uyğun iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş