• Təqvim

  • Unutma

  • Maraq

N.Nərimanov yaşayış massivində də çoxmənzilli binalar əsaslı şəkildə təmir olunur

Bu gün geniş tikinti-quruculuq meydançasını xatırladan Qazax rayonunda çoxmənzilli binaların təmiri bu işlərin əsas hissəsini təşkil edir. Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun bariz nümunəsidir.

Çoxmənzilli binalarda aparılan abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.

Bu yaxınlarda “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Hazırda N.Nərimanov yaşayış massivində də 32 çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması uğurla davam edir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin binalarda görülən işlərlə yaxından tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, yaşayış massivində 21 binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub ki, 9 binada bu iş tam başa çatıb və hazırda da davam etdirilir.

11 binanın daxili və xarici fasadında suvaq işləri aparılıb. Qaz və elektrik xətləri səliqə-sahmana salınıb. Hazırda 5 binada bloklarda və xarici fasad hissədə rənglənmə işləri yekunlaşıb. Digər binalarda isə bu iş davam edir.

Rayon rəhbəri görülən işlərlə tanış olduqdan sonra öz tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ

Facebook-da paylaş