• Təqvim

  • Unutma

  • Maraq

3 saylı bağçada tikinti işləri davam edir

3 saylı bağçada tikinti işləri davam edir
Xəbər verdiyimiz kimi, şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış, vaxtilə təhsil şöbəsinin yerləşdiyi binada artıq bir aydan çoxdur ki, əsaslı tikinti işləri aparılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti başlayan gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbəri bu gün də iş saatının bitməsinə baxmayaraq tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov görülən işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü dəyişdirilərək yeni metal örtüklə əvəzlənib. Binanın daxilində arakəsmə hissələrdə hörgü işləri aparılıb, otaqlarda suvaq və üzlük vurulması işləri görülüb. Eləcə də otaqlarda tavan altı elektrik xətti çəkilib, alçiban vurulub. Lazım olan hissələrə beton döşəmə tökülüb. Otaqların bir hissəsində pəncərələr və qapılar qoyulub.

Binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın xarici fasadında suvaq işi başa çatıb, hazırda hamarlanma işi görülür. Həyətdə hasarın bir hissəsində hörgü və suvaq işləri görülüb, eyni zamanda bu iş davam edir. Binanın arxasında sanitar qovşaqları, mətbəx və anbar tikilir ki, burada da hörgü işləri yekunlaşıb, suvaq işləri görülür. Hazırda həyətə tamet döşənməsinə başlanılıb.

Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.

Məlumat üçün bildirək ki, bu gün Qazaxda 25 bağça (19-u kəndlərdə, 6-sı şəhərdə) fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz nümunəsidir.

GOYEZEN.AZ

Facebook-da paylaş