• Təqvim

  • Unutma

  • Maraq



Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib

Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olması, sakinlərlə səyyar görüşlər keçirməsi, onları narahat edən məsələlərlə maraqlanması və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Rayon rəhbərinin bugünkü səyyar görüşü sərhəddə yerləşən Kəmərli kəndinin sakinləri ilə olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə həmişə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini səmimi hisslərlə qarşılayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu il proqrama uyğun olaraq doqquzuncu dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, səyyar görüşlərdən də yaxşı bilirsiniz.

Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi həyata keçirildiyini qeyd edən rayon rəhbəri bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışıb.

Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri görülür.

Çoxmənzilli binalarda görülən işlərdən danışan İcra Başçısı Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunduğunu bildirib.

Çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin bu il də davam etdirildiyini qeyd edərək daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparıldığını diqqətə çatdırıb. Hazırda 32 binada təmir işlərinin görüldüyünü söyləyib.
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Rayon rəhbəri bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi kənd sakinlərinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını bildirib. Qeyd edib ki, rayonda cari ilin məhsulu üçün 12 min 629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 min hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.

İcra Başçısı Rəcəb Babaşov digər sərhəd kəndləri kimi, Kəmərli kəndində də işlər görüldüyünü, sakinlərə hər zaman diqqət və qayğı ilə yanaşıldığını söyləyib.

Sonra bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir - deyə müraciət edən İcra Başçısı sakinlərin arzu və istəklərini dinləyib, qayğıları ilə maraqlanıb.

Kənd sakinlərindən - ağsaqqallar şurasının sədri Rəhim Rəhimov, kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Məhəmməd Qaragözov, Zinaida Məmmədova, Güləmayıl Nəbiyeva, Hüseyn Dərgahquluyev, Şahin Yusifov, Binnət Bəkirov və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, xüsusilə də müəllimlərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Onlarla keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən qaz, su, yol təmiri və digər məsələləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Səmimi söhbət əsasında keçən səyyar görüşdə məktəbli Məmməd Aqifoğlunun rəhbərə həsr etdiyi şeir sakinlər tərəfindən də alqışlarla qarşılanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bir daha qeyd edib ki, sərhəd kəndində yaşayan sakinlərə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilib və bu, bundan sonra da belə olacaqdır. Sizlər tərəfindən qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə yanaşılacaq və həlli istiqamətində konkret addımlar atılacaqdır.

Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
Sərhəddə yaşayan sakinlərlə səyyar görüş keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş