Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Kosalar kənd sakini Valeh Aydın oğlu İbrahimovun oğlunun, Çaylı kənd sakini İsmayılova Gülsəhər İbrahim qızının işlə təmin olunmaq barədə müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşlara sənədlərini təqdim etmələrini və ixtisaslarına uyğun iş yeri yaranan zaman məlumat veriləcəyini bildirib.

Quşçu Ayrım kənd sakini, Qarabağ müharibəsi veteranı Bayramov Hüseyn Almərdan oğlu isə evinin təmiri ilə bağlı müraciət edib. Vətəndaşa köməklik göstəriləcəyi cavabı verilib.

Xeyrımlı kənd sakini, Qazaxbəylidə yeni yaşayış massivində yaşayan, II qrup əlil Yusibov Məmməd Mühüd oğlu həyətyanı torpaq sahəsi almaq üçün dövlət rüsumu ilə əlaqədar müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra dövlət rüsumu nədirsə onu ödəyərək torpaq sahəsi ala biləcəyini bildirib.

Hüseynbəyli kənd sakini, III qrup Qarabağ müharibəsi əlili Mehtiyev Elburus Səfər oğlu isə rayon rəhbərindən içməli su üçün istifadə etdikləri artezian quyusunun işləməməsi və bu məsələnin köklü şəkildə həll olunması ilə bağlı xahiş edib. Rayon rəhbəri aidiyyatı təşkilatların rəhbərlərinə qaldırılan məsələnin həlli ilə bağlı yerində baxış keçirmələrini və səbəbinin nə olduğunu araşdırmalarını tapşırıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş