Qazaxda məcburi köçkünlərlə görüş keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Qazaxda məcburi köçkünlərlə görüş keçirilib

Qazaxda məcburi köçkünlərlə görüş keçirilib
Bu gün torpaqlarımızın 20 faizdən çoxu erməni işğalçıları tərəfindən zəbt olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Azərbaycan dövləti ilk vaxtdan başlayaraq öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı göstərmiş, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində olmuşdur. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuşdur.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı bu sahədə atılan ən uğurlu addımlardan biri oldu.

Bu gün həmin sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri yaxşılaşdırılır.

Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda da sakinlər düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Bu gün rayonun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və Dövlət Başçısının qayğısını hər zaman hiss edirlər. İşğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Rayonun Qazaxbəyli kəndində həmin 304 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə maraqlanıb. Ölkə Başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib. Rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşməsi, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir daha sübut edir.

Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikinti Təmir və Hüquq şöbəsinin müdiri Rövşən Əlvəndov və digər komitə nümayəndələri ilə birlikdə yeni salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələrinin yaşayış şəraiti və göstərilən qayğı ilə tanış olublar.

Qəsəbədə məskunlaşan sakinlər rayon rəhbərliyini səmimi hisslərlə qarşılayıb, dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar.

Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Bağanıs Ayrım kənd sakini Ramiz Adıgözəlov, Aşağı Əskipara kənd sakini Aybəniz Sadıqova ürək sözlərini bildiriblər.

Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qaz, işıq, su və digər sosial təminatımız tam həll olunub. Dövlətimiz tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.

Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və İcra Başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.

Sonra rayon rəhbəri və qonaqlar yeni qəsəbədə yaradılmış körpələr evi-uşaq bağçasına baş çəkib, körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıblar.

Rayon rəhbəri və qonaqlar qəsəbədə yerləşən Aşağı Əskipara kənd tam orta məktəbində, RİHB-nın Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasında və tibb məntəqəsində yaradılan şəraitlə də tanış olublar.

Daha sonra İcra Başçısı Rəcəb Babaşov qonaqlarla birlikdə əlavə olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi üçün ayrılmış torpaq sahəsinə baxıblar.

Məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə sakinlərlə keçirilən səmimi görüş başa çatdıqdan sonra rayon rəhbəri və qonaqlar şəhərdə müxtəlif ünvanlarda yaşayan məcburi köçkün ailələri ilə görüşüb, yaşayış şəraitləri ilə tanış olublar.

“Göy bina” deyilən ərazidə çoxmənzilli binalarda yaşayan məcburi köçkünlər də rayon rəhbərliyini böyük səmimiyyətlə qarşılayıblar. Bağanıs Ayrım kənd sakinləri Xətayə İmamquliyeva, Xanım Poladova və Novruz Əliyev də Ölkə Başçısının məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışaraq minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinə hər zaman onlara baş çəkdiyinə və qayğı ilə yanaşdığına görə sonsuz təşəkkürlərini çatdırıblar.

Şəhərin N.Nərimanov qəsəbəsində köhnə bağça binasında yaşayan Qızılhacılı kəndindən olan məcburi köçkünlərdən Güllər Pənahova və Maya Səbri Prezident İlham Əliyev tərəfindən imzalanan saysız-hesabsız sərəncamları, verilən tapşırıq və tövsiyələri yüksək qiymətləndirdiklərini bildiriblər. Respublika Prezidentinin apardığı məqsədyönlü siyasətin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən olduğu kimi icra edildiyini qeyd edən sakinlər rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə səmimi və xoş sözlərini bildiriblər.

Qonaqlar həmin ərazidə yerləşən şəhər 4 saylı körpələr evi-uşaq bağçasında körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait və ərzaq təminatı ilə də tanış olublar.

GOYEZEN.AZ

Facebook-da paylaş