Qazaxda tütün yığımına başlanılıb
“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC tərəfindən geniş tütün sahəsi salınan kəndlərdən biri də rayonun Kosalar kəndidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, bu il kənddə 32 hektarda tütün əkilib. Tütünçülər bu il keçən ilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl etdiklərini bildiriblər. Qeyd ediblər ki, tütün dəriminə start veriblər. Tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.
Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.
Facebook-da paylaş