Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib

Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Bu gün Azərbaycan Polisi yaranmasının 100 illik yubileyini qeyd edir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

2 iyul – polis işçilərinin peşə bayramı münasibətilə Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nın kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, polis əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubu oxunub.

Torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Sonra İcra Başçısı Rəcəb Babaşov Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyevi cənab nazirin sərəncamı ilə polkovnik rütbəsi alması münasbiətilə təbrik edib, daha yüksək rütbələrə layiq görülməsini bildirib.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Polisinin yaranmasından və ötən 100 il ərzində qazandıqları nailiyyətlərdən söz açıb.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Qeyd edib ki, nitqimi ulu öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir ifadə ilə başlamaq istəyirəm: “Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. Cümhuriyyət süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.

Arxivlərdə 1918-1920-ci illərə aid saxlanılan qanunverici aktlar və sənədlər sübut edir ki, AXC DİN və Azərbaycan Polisi orqanlarının yaranması və təşəkkülü necə başlanmışdısa, onların ləğv edilməsi, sovet fəhlə-kəndli milisi və komissarlıqlarla əvəz edilməsi də tədrici bir proses kimi aparılıb. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın, bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar".
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Ulu öndərin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunmağa başladı. Polis orqanlarının maddi-texniki təminatının gücləndirilməsi sahəsinə xüsusi diqqət yetirilməyə başlanıldı.

Cənab Prezident 2 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci il dönümünə həsr olunmuş mərasimdə çıxış edərək Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirərək söyləmişdir: “İctimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır. Xüsusilə 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur”.

Bəli, Azərbaycan Respublikası tarixin bütün zamanlarında keşməkeşli yol keçmişdir. Cənab Prezidentin vurğuladığı 92-93-cü illər Azərbaycan tarixinə qara hərflərlə yazılmışdır. İstər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət sərgiləmiş və Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.

Qazax Rayon Polis şöbəsinin əməkdaşları da ərazilərimizin düşmən hücumundan müdafiəsi zamanı gedən döyüşlərdə fəal iştirak etmişlər. Torpaqlarımızın müdafiəsi zamanı 7 nəfər polis əməkdaşı müxtəlif xəsarətlər almış, 8 nəfər şəhid olmuş, onlardan iki nəfəri Şamoy Çobanov və İlham Fərzəliyev ölümlərindən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Bu gün də Qazax polisi öz xidmətini layiqincə yerinə yetirir.

Belə ki, 2018-ci ilin birinci yarımilinin yekunu üzrə qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, axtarışda olanların tutulması istiqamətində müəyyən işlər görülmüş, ictimai-siyasi sabitliyin qorunması və əməliyyat şəraitinə nəzarət təmin edilmişdir. Bu və ya digər tədbirlərin nəticəsidir ki, bir çox ağır, əhali arasında rezonansa və narahatlığa səbəb olan şəxsiyyət əleyhinə, şəxsi və dövlət mülkiyyəti əleyhinə olan cinayətlərin açılması cəzanın vacibliyi prinsipi əsasən təmin edilmiş, axtarışda olan cinayətkarların tutulması istiqamətində müəyyən işlər görülmüşdür.

2016-cı ildə baş vermiş 129 cinayət hadisəsindən 9 - cinayət bağlı qalaraq ümumi cinayətlərin açılması 93.4 % olmuş, 2017-ci ildə 93 cinayət hadisəsi baş vermişdir ki, cinayətlərin açılması 93.7 % olmuşdur. 2018-ci ilin altı ayı ərzində isə Qazax rayonunun ərazisində cəmi uçot subyektləri üzrə 64 cinayət hadisəsi qeydiyyata alınmışdır, cinayətlərin açılması 95.5 % təşkil etmişdir.

Hesabat dövründə keçən ilə nisbətdə 7 fakt cinayətlərin sayı azalmışdır. 2017-ci ildə 2016-ci ilə nisbətən ümumi cinayətlərin sayı 58 fakt, ağır və xüsusilə ağır cinyətlərin sayı 18 fakt, az ağır cinayətlərin sayı 34 fakt, böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı isə 6 fakt azalmışdır.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Şəxsiyyət əleyhinə olan cinayətlər 2017-ci ildə 2016-ci ilə nisbətdə 3 fakt artmışdır. 2018-ci ildə isə 2 fakt azalmışdır. Həmçinin bu növ cinayətlərin strukturunda qəsdən adam öldürmə hesabat dövründə qeydə alınmamışdır. 2017-ci ilin birinci yarımilliyində 1 fakt (2-dən 1-ə) azalmış, adam öldürməyə cəhd, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, adam oğurluğu kimi cinayətlər qeydə alınmamışdır. Qəsdən sağlamlığa ağır zərər vurma (2), qəsdən sağlamlığa yüngül zərər vurma 1 fakt azalmışdır.

Mülkiyyət əleyhinə olan cinayətlər 2017-ci ildə 2016-ci illə müqayisədə 51 fakt (82-dən 31-ə) azalmış, 2018-ci ildə isə 3 fakt azalmışdır (31-dən 28-ə).

Günün ən aktual problemi olan narkomaniyaya qarşı mübarizə sahəsində son 3 ili müqayisə etsək 2016-cı ilin 6 ayı ərzində narkotiklə bağlı 9 fakt aşkar edilmiş, ümumilikdə 505,938 qram, 2017-ci ildə narkomaniya üzrə qeydə alınmış 11 fakt aşkar edilmiş, ümumilikdə 474,167 qram, hesabat dövründə isə 13 fakt aşkar edilmiş, ümumilikdə 1 kq 368,834 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır.

2018-ci ildə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd döyüş sursatı olan AKS markalı avtomat Qazax şəhər sakinindən aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir.

2016-cı ildə 201 inzibati protokol, 2017-ci ildə 215 inzibati protokol tərtib olunmuşdur. 2018-ci ilin 6 ayı ərazində isə Qazax RPŞ-nin əməkdaşları tərəfindən 232 inzibati protokol tərtib edilmişdir ki, onlardan 5-i sanitariya-epidemiologiya qaydalarının pozulmasına dair, 116 ədədi xırda xuliqanlıq, 16 ədədi polisin qanuni tələbinə qəsdən tabe olmamağa görə, 8 ədəd küçə ticarətinə görə, 4 ədəd xırda talama ilə bağlı, 37-si döymə, 5-i avaraçılıqla məşğul olma ilə bağlı, 2-si özbaşına tikintiyə görə, 11-i enerji istifadə qaydalarının pozulması ilə bağlı, 4-ü məişət tullantıları ilə bağlı, 6-sı isə digər hüquq pozmalara görə tərtib edilmiş inzibati protokollardır.

Son üç ildə azyaşlılar və yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törədilməmişdir.

2016-cı ilin 6 ayı ərzində DYPB-nin xidməti ərazisində 7 yol nəqliyyat hadisəsi baş vermişdir və nəticədə 5 nəfər xəsarət almışdır. Müvafiq dövr ərzində isə cəmi 1360 yol qayda pozuntusu aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularından 29 nəfəri sərxoş vəziyyətdə avtomaşını idarə edən qayda pozuntuları olmuşdur. 2017-ci ilin müvafiq dövrü ərzində DYPB-nin xidməti ərazisində 7 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər ölmüş, 6 nəfər yaralanmışdır. Yol hərəkəti qaydalarını pozan 1600 nəfər sürücü aşkar edilmişdir ki, onlardan 34 nəfəri sərxoş vəziyyətdə avtomaşını idarə edən qayda pozuntuları olmuşdur.

2018-ci ilin 6 ayı ərzində DYPB-nin xidməti ərazisində 5 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, bunlardan bir nəfər ölmüş, 5 nəfər xəsarət almışdır. Yol hərəkəti qaydasını pozan 1629 nəfər sürücü aşkar edilmişdir ki, bunlardan 46 nəfər sərxoş vəziyyətdə avtomobili idarə edən qayda pozuntusu olmuşdur.

Bundan başqa, Qazax Rayon İcra Hakimiyyəti ilə Qazax Rayon Polis şöbəsinin birgə fəaliyyətdə olan komissiyaları da mövcuddur.

Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı komissiyanın işində polis əməkdaşlarının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Həmin məsələ ilə bağlı 2016 və 2017-ci illərdə rayon gəncləri və məktəblilərinin iştirakı ilə Gənclər Mərkəzində görüşlər keçirilmiş, 2018-ci ilin birinci yarısı ərzində isə rayonun bütün ümumtəhsil məktəblərində “Narkomaniya əsrin bəlasıdır, narkomaniyaya yox deyək!” və bu kimi mövzularda söhbətlər aparılmış, narkomaniyanın gənclərin həyatında göstərdiyi ağır nəticələr onlara çatdırılmış və profilaktik işlər aparılmışdır.

Bununla belə İcra Hakimiyyəti yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın işində də polis əməkdaşları yaxından iştirak etmiş, uşaq hüquqları, erkən nikahın fəsadları barəsində məktəblilərlə müntəzəm olaraq söhbətlər aparılmış, zərərli vərdişlərin onların gələcək həyatında yaradacağı fəsadlar onlara geniş izah olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının 13 noyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılmış rayon ərazisində avtoqəza və fövqəladə hallar zamanı vətəndaşların təcili və təxirəsalınmaz hospitalizasiyasının operativliyini və nəzarəti gücləndirmək məqsədilə yaradılmış işçi qrupun işində də polis əməkdaşlarının özünəməxsus yeri olmuşdur. Yaralıların vaxtında xəstəxanalara çatdırılması və iş mexanizminin lazımi səviyyədə qurulmasının nəticəsidir ki, bu kimi hallarda hadisələrinin sayı əsaslı olaraq azalmışdır.

Bütün bu vurğulanan halların aradan qaldırılması zamanı sizə şərəfli işinizdə uğurlar arzulayıram və bir daha 2 iyul - Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə hər birinizi təbrik edirəm.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Tədbirdə çıxış edən Qazax Rayon Polis şöbəsinin rəisi, polkovnik Ədalət Əliyev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon şöbəsinin rəisi İsə Fətullayev, Qazax Rayon prokuroru Əlirza Babayev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər.
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Polis işçilərinin peşə bayramı Qazaxda da qeyd edilib
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ehtiyyatda olan polis kapitanı, müharibə veteranı Qayib Civişov, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov, RİHB-nın Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndəsi Yusif Nəbiyev, “Təbriz FEFA” MMC-nin təsisçisi və direktoru, sahibkar Fəzail Qasımov çıxış edərək polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 100 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən bir qrup polis əməkdaşına peşə bayramları münasibətilə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib.

Həmçinin rayon Polis şöbəsi tərəfindən veteran polis işçilərinə, hazırda çalışan bir qrup polis əməkdaşlarına Fəxri Diplom və rütbələr, pul mükafatı və qiymətli hədiyyələr verilib.

GOYEZEN.AZ

Facebook-da paylaş