Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin və Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) birgə təşkilatçılığı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib.

Respublika əhəmiyyətli tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov, nazirliyin əməkdaşları, Gəncə Regionunu əhatə edən rayonların (9 rayon) İcra Hakimiyyəti başçılarının birinci müavinləri (Rayon Fövqəladə Hallar Komissiyalarının sədrləri), rayonun mülki müdafiə xidmət rəisləri, FHK-nın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qərargah rəisləri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Ədəbiyyat Muzeyində müşavirə keçirilib.
Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını və qonaqları salamlayıb, rayonumuzda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN-nin rəhbərliyinə, nazirliyin Gəncə Regional Mərkəzinin əməkdaşlarına Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda bu cür yüksək səviyyəli təlimin keçirilməsinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, hər an düşmən təhlükəsi ilə üz-üzə dayanan rayon sakinlərinin təhlükəsizliyini təmin etmək, baş verə biləcək fövqəladə hadisələr zamanı əhaliyə ilk yardımın göstərilməsi və çıxış yollarının tapılması istiqamətində bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.

İcra Başçısı qeyd edib ki, Qazax rayonunda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmamazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin hazırlığının təmin edilməsi işi daim diqqət mərkəzində saxlanılır.

Rayon rəhbəri bildirib ki, Qazax rayonu 168 km Ermənistanla, Gürcüstan Respublikası ilə 9 km sərhəddə yerləşir. Biz 2016-cı ildən başlayaraq insanların təhlükəsizliyi baxımından təlimə hazırlıq işlərinə başlamışıq. Belə ki, rayonun 13 sərhəd kəndlərində sığınacaqlar tikilmiş, həmçinin rayonun Ermənistanla sərhəddə olan Məzəm kəndində bu günədək 1923 p/m, 5769 kv.m istinad divarı çəkilmişdir.
Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib
Rayonun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii texnogen xarakterli halların baş verə biləcəyi nəzərə alınaraq müvafiq Qanun və Qərarların tələblərinə uyğun olaraq fövqəladə hallardan mühafizəyə dair bütün rayon əhalisinin maarifləndirilməsi istiqamətində müvafiq məqsədyönlü tədbirlər həyata keçirilir, təlimlər təşkil olunur.

İcra Başçısı qeyd edib ki, respublikamızda ilk dəfə olaraq keçirilən bugünkü təlimin məhz birinci dəfə Qazax rayonunda həyata keçirilməsi bizim üçün çox əlamətdar bir hadisədir. Qazax Rayon İcra Hakimiyyəti ilə FHN Gəncə Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı”na əsasən planda əksini tapan bütün məsələlər öz həllini tapır.

Qazax Rayon İcra Hakimiyyəti Başçısının 14 iyun 2018-ci il tarixli 9-21/82 nömrəli sərəncamı ilə Qazax rayonunda “İri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən kompleks mülki müdafiə tədbiri bu gün Azərbaycan Respublikası 2018-ci il üçün Mülki Müdafiə Tədbirlər Planına əsasən təşkil olunub. Təlim zamanı iştirak edəcək aidiyyəti təşkilatların lazım olan texnikaları gətirilib, şəxsi heyətə və məsul şəxslərə təlimlə bağlı bütün təlimatlar çatdırılıb.
Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib
FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov müşavirədə çıxış edərək FHN-nin rəhbərliyi adından iyunun 27-dən etibarən başlanılan təlim məşqləri zamanı bütün səy və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdiklərinə və yerinə yetirdiklərinə görə aidiyyatı təşkilatların rəhbərlərinə minnətdarlığını çatdırıb.

İlk dəfə olaraq Qazax rayonunda təşkil olunan təlimin məqsəd və əhəmiyyətindən söz açan nazirliyin əməkdaşı bildirib ki, bugünkü təlimin keçirilməsinin əsas səbəbi rayon ərazisində olan qüvvələrin hazırlıq səviyyəsini, Mülki Müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirməkdir.

Respublika Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən işlərdən danışan natiq fövqəladə hadisələr zamanı tək nazirliyin deyil, bütün idarə, müəssisə və təşkilatların, MM dəstələrinin, qərargahların üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib. Hər bir təşkilatın bütün hadisələrə, fövqəladə hallara qarşı hazır olmasını, təhlükə yaranan zaman ilk yardım göstərməli olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib
N.Zamanov MM üzrə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq həyata keçirilən tədbirlərdən, sığınacaqlar və zirzəmilərin təşkilindən, rabitə sisteminin təmin olunmasından, kimyəvi maddələrdən mühafizənin təşkilindən, əhali arasında maarifləndirmənin gücləndirməsindən danışaraq bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib, mövcud vəziyyəti müzakirə edib.

Müşavirə başa çatdıqdan sonra şəhər stadionunda toplaşmış ərazi mülki müdafiə qüvvələrinə (212 nəfər), texnikaya (40 ədəd) və çadır şəhərciyinə baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov. Nazirliyin əməkdaşları, Gəncə Regionunu əhatə edən rayonların (9 rayon) İcra Hakimiyyəti başçılarının birinci müavinləri (Rayon FHK sədrləri). rayonun ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyələr, KİV nümayəndələri və rayon sakinləri fövqəladə hadisələr zamanı rayon sakinlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlərlə yaxından tanış olublar.

Stadionunun girişində Rayon FHK-nın sədri rəhbərliyi qarşılayıb, şəxsi heyətin hazırlığı barədə Mülki Müdafiə rəhbərinə məruzə etdikdən sonra texnika və şəxsi heyətə sıra baxışı keçirilib.

Gəncə Regional FH və MM şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev funksional vəzifələr, şəxsi heyət və MM əmlak və texnikası ilə bağlı məlumat verib.

Növbətçi otağı, sakinlərin ərzaq təminatı, əhalinin yerləşdirilməsi üçün nömrələnmiş çadır şəhərcikləri, istirahət otağı, psixoloji yardım otağı, tibb məntəqəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məntəqəsi, anbar, hamam və əhalinin təminatı üçün yaradılmış şəraitlə tanış olan iştirakçılar hər şeyin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Daha sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecin qarşısında olan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı, FHN-nin əməkdaşları, Rayon FHK-nın üzvləri, xidmət rəislərinin birgə iştirakı ilə verilmiş məlumatlara uyğun dinləmələr olub.

Təlimin rəhbəri, FHN Baş idarə rəisinin müavini polkovnik Cavanşir Haşımov, Rayon FHK-nın sədri, RİHB-nın birinci müavini Məmməd Alıyev, FHN Gəncə Regional Şöbəsinin rəisi, polkovnik-leytenant Asif Məmmədli, ictimai asayişin mühafizəsi xidmətinin rəisi Tahir Süleymanov, tibb xidmətinin rəisi, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi əvəzi Sevda Məmmədova, rayon MM qərargahının rəisi Azad Hümbətov, təlimin qərargah rəisi, FHN-nin MM işinin təşkili baş idarəsində idarə rəisi, polkovnik Fərhad Səmədov çıxış edərək təlimlə bağlı ətraflı şəkildə məlumat verib, görülən işlərdən danışıblar. Ictimai asayişin təmin olunması, təlim zamanı yaralılara göstərilən tibb xidməti və digər məsələlər haqqında dolğun məlumatlar çatdırıblar.

Əməliyyat müşavirəsi başa çatdıqdan sonra isə təlimin praktiki hissəsinin nümayişinə başlanılıb.

Həyəcan siqnalı verildikdən sonra mülki müdafiə xidmətləri və dəstələri ardıcıllıqla hadisə baş vermiş əraziyə daxil olublar və üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetiriblər.

Kompleks təlimdə vasitəçi, polkovnik Qüdrət Ağayev təlim zamanı baş verən hadisələri anbaan tədbir iştirakçılarına çatdırıb, təlimin gedişatı barədə məlumat verib.

Təlim başa çatdıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, FHN Mülki müdafiə işinin təşkili baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov təlimin yüksək səviyyədə təşkil olunmasına görə FHN-nin əməkdaşlarına, mülki müdafiə dəstələrinə, bütün əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, bugünkü təlimin yüksək səviyyədə yerinə yetirilməsi bir daha onu sübut etdi ki, FHN ilə yanaşı, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, aidiyyatı olan şəxslər hər an fövqəladə hadisələrə qarşı hazırdırlar.

Sonda nazirliyin əməkdaşları və qonaqlar təlim iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Məlumat üçün qeyd edək ki, ümumilikdə kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 242 nəfər şəxsi heyəti və 50 texnikası, həmçinin FHN Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinin ümumilikdə 60 nəfərlik şəxsi heyəti və 10 texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.

TƏLİM ANINI ƏKS ETDİRƏN GÖRÜNTÜLƏR

GOYEZEN.AZ

Facebook-da paylaş