• Təqvim

  • Unutma

  • Maraq



İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub

İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayon sakinlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Bunu rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlilindən, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsindən, həmçinin mülki müdafiə işinin təşkilinin gücləndirilməsindən, fövqəladə hadisələrdən qorunmaya dair biliklərin təbliğindən, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsindən aydın şəkildə görmək olar.

İcra Başçısı rayonun coğrafi mövqeyini, döyüş bölgəsində yerləşməsini, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyini nəzərə alaraq hər il əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı sərəncamlar imzalayır.

Rayon rəhbərinin Mülki Müdafiə sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Qazax Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı”na əsasən planda əksini tapan mülki müdafiə hallarına dair bütün məsələlər öz müsbət həllini tapır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun növbəti 14 iyun 2018-ci il tarixli, 9-21/82 nömrəli sərəncamına əsasən Qazax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcəkdir.

29 iyun 2018-ci il tarixində “Azərbaycan Respublikası 2018-ci il üçün mülki müdafiə tədbirləri planı”na uyğun olaraq təşkil ediləcək təlimlə əlaqədar artıq bu gündən hazırlıq işlərinə start verilib.

Rayon rəhbəri Gəncə Regional FH və MM şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev və Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşları ilə birlikdə hazırlıq işləri ilə tanış olmaq üçün təlimin keçiriləcəyi şəhər stadionuna gəliblər.
İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon fövqəladə hallar komissiyasının sədri Məmməd Alıyev və RİHBA-da sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov rayon rəhbərinə məlumat verərək bildiriblər ki, bu gün təlim zamanı iştirak edəcək aidiyyatı təşkilatların lazım olan texnikaları gətirilib, şəxsi heyətə və məsul şəxslərə təlimlə bağlı bütün təlimatlar çatdırılıb. Çadır şəhərciyi qurulub.

Görülən işlərlə yerində tanış olan rayon rəhbəri sakinlərin təhlükəsizliyinin təmin olunması və təlimlə bağlı digər məsələlər haqqında tapşırıq və tövsiyələrini verib.

İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
İcra Başçısı kompleks mülki müdafiə təlimi ilə əlaqədar görülən hazırlıq işləri ilə tanış olub
GOYEZEN.AZ


Facebook-da paylaş