• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub

Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.

1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Bu gün isə Ordumuzun 100 illiyinə həsr olunan parad keçirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi böyük təntənə ilə qeyd olunub.

Bu gün “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında, eləcə də həmin ərazidə yerləşən digər çoxmənzilli binada yaşayan sakinlər üçün də ikiqat bayram sevinci yaşanırdı. Böyükdən tutmuş uşağa qədər, ağsaqqalından tutmuş cavana qədər hər kəsin üzündə təbəssüm, könlündə bayram sevinci vardı. Hər tərəf bayramsayağı bəzədilmiş, bayram əhval-ruhiyyəli musiqi sədaları bütün ətrafa yayılmışdı. Binada yaşayan sakinlər həm Milli Ordumuzun yaranmasının 100 illiyini, həm də Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 4 ay bundan öncə əsaslı şəkildə təmirinə başlanmış yaşadıqları binaların açılışını böyük təntənə ilə qeyd edirdilər.

Binanın qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət və KİV nümayəndələri də iştirak edirdilər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində iştirak etmək üçün hərbçi ailələrinin yaşadığı “Hərbi şəhərciy”ə gəlib.

Binada yaşayan sakinlər və tədbir iştirakçıları rayon rəhbərini alqış sədaları altında böyük hörmət və səmimiyyətlə qarşılayıblar.
Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, hərbçilərimizi, binada yaşayan hərbçi ailələrini Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.

İcra Başçısı bildirib ki, düşmənlə 168 km sərhəddi olan Qazax rayonu Vətənin müdafiəsi yolunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır.

Qeyd edib ki, 25 ildən çox bir vaxtda zorla müharibəyə cəlb edilən Qazax rayonunda məcburi köçkünlərə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərmək, onlara daim dəstək olmaq hər birimizin ən başlıca vəzifəsidir. Bu gün azad və firəvan şəkildə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağımıza görə öncə şəhidlərimizə, sonra isə bizi qoruyan Milli Ordumuzun əsgərlərinə, hərbçilərimizə borcluyuq.

“Respublika Prezidentinin siyasətinin əsasında xalqa xidmət və vətəndaşların təhlükəsizliyi dayanır” deyən İcra Başçısı bu istiqamətdə atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz açıb.

Azərbaycan Ordusunun bugünkü qüdrətindən danışan rayon rəhbəri qeyd edib ki, son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi.
Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub
1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi.

2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Lələ Təpənin düşmən işğalından azad edilməsi, sakinlərimizin Cocuq Mərcanılya qayıtması ilə Qarabağa böyük qayıdışın əsasının qoyulması bir daha sübut etdi ki, Azərbaycan xalqı güclü xalqdır və güclü də iradəyə malik Milli Ordusu var.
Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub
Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı.

Binada yaşayan sakinlərdən Kifayət Mustafayeva, Tərlanə İbrahimova, müharibə veteranı Aidə Qapaqova, Aşağı Əskipara sakini, məcburi köçkün Sevil Əsgərova, Elgülnarə Əmiraslanova, təqaüddə olan hərbçi Bəsti Osmanova çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə bütün hərbçilərimizi təbrik edib, hərbçi ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Uuzn müddət keçməsinə baxmayaraq baxımsız vəziyyətdə olan hərbçi ailələrinin yaşadıqları binaların əsaslı şəkildə təmir olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün bina sakinləri adından sonsuz təşəkkürlərini çatdırıblar. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını, bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal tədbirdə söz alaraq Milli Ordunun yaranmasının 100 ilinin tamam olması münasibətilə bütün rayon sakinlərini səmimi qəlbdən təbrik edib, ordumuzun Azərbaycan xalqının müdafiəsi istiqamətində göstərdikləri misilsiz şücaətdən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun güc və qüdrətinin gündən-günə artdığını bildirib.
Qazaxda “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binaların əsaslı təmirdən sonra açılışı olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha əlamətdar gün münasibətilə xalqımızı təbrik edib, 100 illik tarixi olan Azərbaycan Ordusunun tezliklə işğal altındakı torpaqlarımızı azad edəcəyi və üçrəngli Azərbaycan bayrağının o torpaqlarda dalğalanacağı günün elə də uzaqda olmadığını qeyd edib.

Tədbir başa çatdıqdan sonra əsaslı şəkildə təmir olunan binalara baxış keçirilib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, 4 ay əvvəl təmir işlərinə başlanılan bütün binalarda dam örtüyü, elektrik və telefon xətləri yenilənib. Bloklarda əsalı təmir işləri aparılıb. Pilləkanların kənarında olan məhəcərlər düzülüb. Daxili və xarici fasad, blokların giriş qapıları, həyətlərdə olan oturacaqlar, binanın ətrafında olan dəmir məhəcərlər rənglənib. Bir sözlə, hərbçi ailələrinin yaşadıqları binalarda adlarına uyğun şərait yaradılıb.

GOYEZEN.AZ

Facebook-da paylaş