Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb

Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb
Bu gün Qazax rayonunda diqqət və qayğı göstərilən sahələrdən biri də səhiyyə sahəsidir. Rayon sakinlərinin müasir standartlara cavab verən səhiyyə ocağında müalicə və müayinə olunması, tibb sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən yüksək xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Yeni tibb ocaqlarının inşa olunması, səhiyyə müəssisələrinin yaradılması bu istiqamətdə atılan ən uğurlu addımlardır. İstər respublikanın böyük şəhərlərində, istərsə də ən ucqar bölgələrdə bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının keşiyində dayanılmasına xidmət edir.

2,6 hektar sahədə inşa olunan və 10 korpusdan ibarət olacaq 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binasının tikintisi də bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin ən bariz nümunəsidir.

Mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də tikinti meydançasına gəlib, görülən işlərlə maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib.

Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.

İş icraçısı qeyd edib ki, binanın daxilində bütün əsas işlər demək olar ki, başa çatdırılıb. Bununla yanaşı, binanın çöl hissəsində də tikinti işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib.

Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Sanitar qovşaqlarında kafel və metlax vurulması da başa çatıb. Hazırda əsas korpusda üzləmə işləri gedir. Binanın xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür.

İcra Başçısı inşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin daha da sürətləndirilməsini tapşırıb.

Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb
Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb
Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb
Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlərin xeyli hissəsi görülüb
GOYEZEN.AZ


Facebook-da paylaş