3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir

3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
Bu gün Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işlərinin sırasında yeni bağça binalarının tikilməsi və yaxud əsaslı şəkildə təmir olunması da dayanır. Bunu istər şəhər mərkəzində, istərsə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar.

Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası bunu bir daha sübut edir.

Rayon rəhbərliyinin göstərdiyi qayğı sayəsində bu istiqamətdə görülən işlər bu il də davam etdirilir. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yenicə istifadəyə verilən 2 saylı uşaq bağçası və əsaslı şəkildə tikinti işləri aparılan şəhər 3 saylı körpələr evi-uşaq bağçası bu diqqətin ən bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 3 saylı bağçada körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin olduqca yararsız olduğunu nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir aya yaxındır ki, burada təmir işlərinə başlanılıb.

Mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan İcra Başçısı Rəcəb Babaşov bu gün də tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın damı başdan-başa sökülüb və yeni metal örtüklə örtülüb. Binanın daxili hissəsində söküntü işləri aparılıb ki, bu iş də yekunlaşıb. Söküntü başa çatdıqdan sonra suvaq vurulub, eləcə də arakəsmə hissələrdə hörgü işləri aparılıb. Bundan əlavə, otaqlarda tavan altı elektrik xətti çəkilərək alçiban vurulur. Lazım olan hissələrə beton döşəmə töküləcəkdir.

İş icraçısı qeyd edib ki, daxildə və binanın həyətində demək olar ki, işlər paralel olaraq aparılır. Belə ki, binanın həyətində də hörgü işləri yanaşı, səliqə-sahman yaradılır.

İcra Başçısı təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətli və keyfiyyətli aparılması barədə tapşırıq və tövsiyələrini verib.

3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
GOYEZEN.AZ


Facebook-da paylaş