• Təqvim

  • Unutma

  • Maraq



Qazax məktəblərində “Son zəng” çalınıb

Qazax məktəblərində “Son zəng” çalınıb
Respublikamızın hər yerində olduğu kimi, Qazax məktəblərində də “Son zəng” çalınıb. Bu il rayonun 40 ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyun 2018-ci il tarixli, №F-431 nömrəli əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilib. Bu il 680 nəfər XI sinfi bitirərək məzun adını alıb. IX sinfi bitirən şagirdlərin sayı isə 1024 nəfərdir.

Rayon üzrə keçirilən bütün tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Bütün məktəblərdə tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Birincilərin ifasında Vətənə, Anaya, məktəbə, “Son zəng”ə həsr olunmuş şeirlər söylənilib, mahnılar oxunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinləri Gulaya Həsənova və Tahir Musayev S.Əfəndiyev adına şəhər 1 nömrəli və S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə iştirak ediblər.

Tədbirdə çıxış edərək bütün məzunları, onların müəllimlərini və valideynlərini salamlayıb, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi təbriklərini çatdırıblar. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə təhsilin inkişafı üçün daim genişmiqyaslı proqramların həyata keçirildiyini bildiriblər. Respublika Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan respublikamızın hər yerində təhsilin inkişafına xüsusi önəm verdiyini qeyd ediblər. Qazax rayonunda təhsilə göstərilən diqqət və qayğıdan danşaraq rayon rəhbərliyi tərəfindən bu istiqamətdə görülən işlərdən, həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıblar. Rayon rəhbərinin təhsilə hər zaman diqqət ayırdığını, istər müəllimlərin, istərsə də şagirdlərin müasir şəraitdə elmlə məşğul olmaları üçün xüsusi qayğı ilə yanaşdığını bildiriblər.

Keçirilən tədbirlərdə məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nailiyyətlərdən də söz açılıb. Məktəb direktorları çıxışlarında məzunları təbrik edib, valideynlərinə gözaydınlığı verib, bütün məzunlara yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğur qazanmalarını arzu ediblər.

Məktəbi bitirən məzunlar çıxış edərək üzərilərində əməyi keçən müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarını qeyd ediblər. Məktəb zamanı əldə etdikləri bilik və bacarıqlarını layiqincə sərf edəcəklərini və məktəblərinin adını daim uca tutacaqlarını bildiriblər.

Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər Respublika Prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsində çalışan insanlara göstərilən diqqət və qayğıdan söz açıb, ən ucqar kəndlərdə belə yeni müasir tipli məktəblərin tikilməsini, hər il müəllimlərin əmək haqlarının artırılmasını, istedadı olan şagirdlərə, tələbələrə xaricdə oxumaq şansının verilməsini göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər.

Bu gün istər şəhər, istərsə də bütün kənd məktəblərində rəmzi olaraq “Son zəng” çalınıb. Tədbirlər musiqi sədaları altında davam edib.

Məlumat üçün bildirək ki, bu gün 1 nömrəli tam orta məktəbdə 1998-ci ildə məktəbi bitirmiş məzunların builki məzunlara hədiyyə etdiyi bulağın açılışı olub. Qonaqlar və məzunlar rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra çıxış edib, səmimi təbriklərini çatdırıblar.

Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb


Facebook-da paylaş