Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub » Göyəzən internet portalı


Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub

Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub
İyunun 14-də respublikamızın bütün məktəblərində "Son zəng" tədbiri keçiriləcək. Hər yerdə olduğu kimi, Qazax rayonunda da "Son zəng" tədbirlərinin yüksək səviyyədə təşkil olunması üçün lazımi hazırlıq işləri görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında bu məsələ ilə bağlı iclas keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub
Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri təhsil sahəsinin Azərbaycan üçün ən prioritet məsələlərdən biri olmasını qeyd edib.

Bu il 700 bal toplayaraq yüksək nəticə əldə etmiş məzunlara rayon rəhbərliyi tərəfindən xüsusi diqqət göstəriləcəyini bildirib.

Sonra rayon rəhbəri "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi və iki saat davam etməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəblərə təhkim olunmuş məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə təhsil sahəsində çalışan bütün müəllimlər adından öz dərin minnətdarlığını bildirib. Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Məlumat üçün qeyd edək ki, bu il Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 680 nəfər XI sinfi bitirərək məzun olacaqdır. Bu il IX sinfi bitirən şagirdlərin sayı isə 1024 nəfərdir.

Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub
Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub
Qazaxda “Son zəng”ə hazırlıq müzakirə olunub
GOYEZEN.AZ


Facebook-da paylaş