• Təqvim

  • Unutma

  • Maraq

“Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında Qazaxda keçiriləcək bayram tədbirinə hazırlıq işləri başa çatıb

Sabah, iyunun 13-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı keçiriləcəkdir.

“Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən və xalqın öz rəhbərinə olan sonsuz sevgisini, qüdrətli ordusuna olan inamını bir daha nümayiş etdirəcək möhtəşəm tədbirə bir neçə gündür ki, geniş hazlırlıq işləri görülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün axşam saatlarında bayram tədbiri ilə əlaqədar Qazax rayonunda və eləcə də şəhərimizdə aparılan geniş hazırlıq işləri ilə tanış olmaq üçün tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında olub.

Müdafiə Nazirliyinin müşaviri, Əməkdar incəsənət xadimi Abdulla Qurbani tədbirə hazırlıq barədə rayon rəhbərliyinə məlumat verib. Qeyd edib ki, şəhər bayramsayağı bəzədilib. Tədbirin keçiriləcəyi günü, vaxtı bildirən və əhəmiyyətini əks etdirən loqolar bütün şəhər ərazisinə vurulub. Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək bütün işlər də yekunlaşıb. Bundan əlavə, tədbirin yüksək səviyyədə təşkil olunması üçün bütün səhnəciklər məşq edilib, iştirakçılara lazımi tapşırıq və tövsiyələr verilib.

Sonra İcra Başçısı tədbir iştirakçılarının məşqlərinə baxaraq yüksək qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, bayram tədbiri 13 iyun 2018-ci il tarixdə saat 17:00-da Qazax şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında keçiriləcəkdir.

Bütün rayon sakinlərini və şəhərimizin qonaqlarını bu vətənpərvərlik bayramında iştirak etməyə dəvət edirik.

GOYEZEN.AZ

Facebook-da paylaş