Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib » Göyəzən internet portalı


Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib

Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qazax Rayon İcra Hakimiyyətində “Mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması, bu sahədə nazirlik, dövlət qurumları və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirlməsi“ mövzusunda növbəti müşavirə keçirilib.
Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
Ədəbiyyat Muzeyində keçirilən müşavirədə Baş idarənin və Gəncə Regional Mərkəzinin məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon fövqəladə hallar komissiyasının sədri və rayonun əhatə etdiyi ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri - qərargah rəisləri iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərinin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsi işinə diqqətin artırılması olmuşdur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon fövqəladə hallar komissiyasının sədri Məmməd Alıyev müşavirədə çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qazax rayonunda mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
RİHBA-da sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, Qazax rayonunun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq müvafiq Qanun və Qərarların tələblərinə uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə dair bütün rayon əhalisinin maarifləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Qazax Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı” hazırlanmış, həmin planda əksini tapan mülki müdafiə hallarına dair bütün məsələlər öz həllini tapmışdır. Əhalinin təhlükəsizliyinin qorunması sahəsində görülən işlərdən danışaraq düşmənlə sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərin evlərinin qarşısına istinad divarlarının çəkilməsi barədə məlumat verib.

Gəncə Regional FH və MM şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev, FHN Sumqayıt Regional Mərkəzinin rəis müavini, polkovnik Qüdrət Ağayev çıxışlarında Qazax rayonu ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikirlərini bölüşüb, onların aradan qaldırılması istiqamətində təkliflərini səsləndiriblər.

Tədbirdə FHN Mülki Müdafiə İşinin təşkili Baş İdarəsində idarə rəisi, polkovnik Fərhad Səmədov və FHN Gəncə Regional Mərkəzinin rəisi-polkovnik-leytenant Asif Məmmədli də iştirak ediblər.

Müşavirədə, həmçinin “Azərbaycan Respublikası 2018-ci il üçün mülki müdafiə tədbirləri planı”na əsasən, 27-29 iyun 2018-ci il tarixlərində Qazax rayonunun ərazisində keçiriləcək kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı məsələlər rayonun mülki müdafiə xidmətləri ilə müzakirə olunub.

Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş