Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edir, onların müraciətlərini diqqətlə dinlədikdən sonra müvafiq tapşırıqlar verir.

Bu gün də rayon rəhbəri bir qrup vətəndaşı ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Şəhid ailəsi, 2014-cü ildə Böyük Cəfərli kəndində hərbi vəzifəsini yerinə yetirərkən şəhid olmuş Qoşqar Qurbanovun həyat yoldaşı Məmmədova Aygül Nurəddin qızı ilə övladı Hamaya Qurbanovanı qəbul edib. Şəhidin övladı yaşadıqları ərazidə atasının adına bulaq tikilməsini bildirib. İcra Başçısı dərhal bulağın tikintisi ilə bağlı aidiyyatı təşkilatın rəhbərinə tapşırıq verib.

Şəhər sakini Babacanova Gövhər Əli qızı işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərinə müraciət edib. Vətəndaş diqqətlə dinlənildikdən sonra ona xalça müəssisəsində iş təklif olunub.

Çaylı kənd sakini Civişov Dilqəm Fəxrəddin oğlu da oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa oğlunun Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi bildirilib. Eyni zamanda rayonda aparılan tikinti-quruculuq işlərində işləməsi təklif edilib.

Şəhər sakini Namazov İsə Məmməd oğlu oğlanlarının işlə təmin olunması və evinin dam örtüyünün təmiri ilə bağlı müraciət edib. Rayon rəhbəri vətəndaşı diqqətlə dinlədikdən sonra oğlunun tikintidə işləməsini, evinin təmiri ilə bağlı yerində baxılaraq ona uyğun köməklik göstəriləcəyini bildirib.

Birinci Şıxlı kəndində yaradılmış işçi qrupunun üzvləri Adıgözəlov Çərkəz Xaliddin oğlu, Kazımov İlqar İsmayıl oğlu, İbrahimov Şəmşəd Məhəmməd oğlu və Musayev Tahir Cavad oğlu kənddə mövcud olan bir sıra məsələlərlə bağlı müraciət ediblər.

Rayon rəhbəri vətəndaşları diqqətlə dinləyərək qaldırılan bütün məsələlərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçiriləcəyini və həlli istiqamətində yenidən müzakirə aparılacağını bildirib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş