Körpələrə qayğı diqqət mərkəzindədir » Göyəzən internet portalı


Körpələrə qayğı diqqət mərkəzindədir

Körpələrə qayğı diqqət mərkəzindədir
Azərbaycanda cəmiyyətin ən zərif və kövrək nümayəndələri olan uşaqlara daim xüsusi diqqət, qayğı və nəvaziş göstərilir. Onların sağlam böyümələri üçün hər cür şərait yaradılır. Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı dövlət siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu diqqət və qayğını saysız- hesabsız uşaq bağçalarının tikilməsindən, əsaslı şəkildə təmir olunmasından da aydın şəkildə görmək olar. Sevindirici hal odur ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də bu inkişaf uğurla davam etdirilir.

Son iki ildə Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bu sahədə olan inkişafın ən bariz nümunəsidir.

Şəhərdə 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunmuş 2 və 3, Kosalar kəndindəki 2, 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçası da bu sahənin uğurla davam etdirilməsi deməkdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən uşaqlara xüsusi diqqət ayırır. Bağça tikintisi ilə yanaşı, onların sağlam şəkildə tərbiyə almaları üçün yaradılan şəraiti də daim nəzarətdə saxlayır. Mütəmadi olaraq istər şəhər, istərsə də kənd bağçalarında olaraq mövcud vəziyyətlə yerində tanış olur.

Bu gün İcra Başçısı şəhərdə yerləşən 1 saylı körpələr evi-uşaq bağçası və yeni istifadəyə verilən 2 saylı uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıb. Bağçada yaradılan şəraitlə, səliqə-sahmanla yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı ilə yaxından tanış olub. Eyni zamanda, bağçada uşaqların sağlam şəraitdə böyümələri üçün tibbi müayinədən keçmələri ilə maraqlanıb.

Qazax rayon uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev rayon rəhbərinə məlumat verərək bildirib ki, ayda bir dəfə ümumi olaraq uşaqlar tibbi müayinədən keçirilir. Bundan başqa, həkimlər mütamadi olaraq istər şəhər, istərsə də kənd bağçalarında olur, uşaqların sağlamlığı ilə maraqlanır, xəstəliyi olan uşaqlara ilkin tibbi yardım göstərirlər. Bağçalarda tibb bacıları ilə tibbi yardım və müayinə ilə bağlı ətraflı söhbətlər aparır və lazımi tapşırıqlar verirlər.

Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva və 2 saylı bağçanın müdiri Hicran Xəlilova bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını, bu gün bağçada yataq və oyun otaqlarının, dəhlizin, anbarın, mətbəxin, sanitar qovşağının, müasir istilik sisteminin, müdir otağının ən yüksək səviyyədə olduğunu qeyd ediblər.

Respublika Prezidenti İlham Əliyevə ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə rəhbərlik etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Fəaliyyətə başladığı ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya, mütəmadi olaraq uşaqlara baş çəkdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Körpələrə qayğı diqqət mərkəzindədir
Körpələrə qayğı diqqət mərkəzindədir
Körpələrə qayğı diqqət mərkəzindədir
Körpələrə qayğı diqqət mərkəzindədir
GOYEZEN.AZ


Facebook-da paylaş