Qazaxda şəhidin adına tikilmiş bulaq kompleksinin açılışı olub » Göyəzən internet portalı

Qazaxda şəhidin adına tikilmiş bulaq kompleksinin açılışı olub

Qazaxda şəhidin adına tikilmiş bulaq kompleksinin açılışı olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılmış, yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir. Rayonda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə bulaq komplekslərinin tikilməsi bu istiqamətdə həyata keçirilən işlərin bariz nümunəsidir. Bu günə kimi, Qazax rayonunda Milli Qəhrəmanlardan Alı Mustafayevin, Şamoy Çobanovun, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Aprel şəhidləri, kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, şəhid Orxan Əliyevin, polis şəhidlərin, döyüşlərdə iştirak etmiş Vəfa Dəmirçioğlunun xatirəsinə bulaq kompleksləri tikilmişdir.

Rayon rəhbərliyinin tapşırığına əsasən şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhid Abbasov Şahvələd Tahir oğlunun adına tikilmiş daha bir bulaq da yenidən əsaslı şəkildə təmir edilib, şəhidin adına layiq səviyyəyə gətirilib.

Bu gün Şahvələd Abbasovun vəfatının 26-cı ildönümü günündə həmin yeni bulaq kompleksinin açılışı olub. Şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Açılış mərasimində Qazax RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazaxda şəhidin adına tikilmiş bulaq kompleksinin açılışı olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid veribdir. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə böyük diqqət və qayğı göstərməsindən söz açıb.

Müdafiə Nazirliyinin müşaviri Abdulla Qurbani Azərbaycan ordusunun bugünkü qüdrətindən, döyüş qabiliyyətindən və hər an Vətənin müdafiəsinə hazır olmasından danışıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda olmadığını bildirib.

Sonra rayonumuzda keçiriləcək “Qurtuluşdan zəfərə doğru” adlı tədbirin döş nişanını şəhid anasının sinəsinə taxıb.

Vaxtilə məzun olduğu şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev şəhidin məktəb illərindən danışıb, onun nümunəvi bir şagird olduğunu qeyd edib. Vətənini sevən igid oğul kimi Cəfərli kəndinin müdafiəsi zamanı şəhid olduğunu bildirib. Məktəbin məzunu olan digər şəhid oğullar kimi, Şahvələd Abbasovun da “Şəhidlər” lövhəsində adının və şəklinin əks olunduğu, onun döyüş yolunun məktəblilər üçün bir örnək olduğunu vurğulayıb.

Qarabağ müharibəsi əlili Namiq Alıyev, 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elgülnarə Əmiraslanova şəhidlərin xatirəsinə bulaqlar tikdirdiyi üçün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün qazaxlılar adından sonsuz minnətdarlıqlarını bildiriblər. Bulaqların qarşısından keçən minlərlə insanın bulağı tikənə sonsuz minnətdarlıq hissi bildirdiyini, adını daşıyanlara isə Allahdan rəhmət dilədiyini qeyd ediblər.

Şəhidin anası Gülsüm Abbasova bütün şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib. Oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş bulağı əsaslı şəkildə təmir etdirdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb.

Şəhidin qardaşı Şücayət Abbasov qardaşının qanının yerdə qalmayacağını, işğal olunmuş ərazilərimizin tezliklə geri qaytarılacağını və üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağını qeyd edib. Hər an qardaşının qisasını almağa hazır olduğunu bildirib.
Sonra Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri və şəhid Qoşqar Qurbanovun qızı Hamaya Qurbanova tərəfindən Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Bulağın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən və ağ örpək götürüldükdən sonra tər çiçək dəstələri düzülüb.

Facebook-da paylaş