Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir » Göyəzən internet portalı

Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir

Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Qazax rayonunun Ermənistanla 168 km sərhəddi vardır. Bu gün rayonun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Bunlardan sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbiçi öz torpaqlarının müdafiəsi yolunda canından keçıb. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hər zaman düşmən atəşinə məruz qalan Məzəm kəndi təcavüzkarların atəş nöqtələrinə ən yaxın məsafədə yerləşdiyindən kənd sakinləri elan olunmamış müharibənin ağrı-acılarını bu gün də yaşayırlar. 25 ildən çoxdur ki, düşmən 6 atəş nöqtəsindən kəndi atəşə tutur, əhalini daima qorxu altında saxlamağa çalışırlar. Bu da kənd sakinlərinin normal yaşamalarına mane olur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşır. İstər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir.

Rayon rəhbərliyi yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdir. Ötən il kənddəki 21 evin qarşısına istinad divarları çəkilmişdir. 1381 p/m uzunluğunda olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərinin həyətlərində rahat hərəkət edə, normal yaşaya bilirlər.

Məzəm kəndində evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. İcra Başçısının vətəndaşların müraciətlərini nəzərə alaraq kəndin daha 11 evinin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verib. Rayon rəhbərinin tapşırığına əsasən kənddə qeyd olunan evlərin qarşısına nəzərdə tutulan 228 metr uzunluğu və 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsinə başlanılıb.

Bu gün İcra Başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə Məzəm kəndində sakinlərlə görüşüb, kənddə istinad divarlarının çəkilişi tam başa çatdırılmış evləri gəzərək vəziyyətlə yerində tanış olub.

İcra Başçısı evlərinin qarşısına istinad divarı çəkilmiş Nəsibov Vüqar Binnət oğlunun, Məmmədov Rafiq İsmayıl oğlunun, Məmmədov Misir Mehdi oğlunun və Məmmədov Varis Tahir oğlunun evlərində olub. Ev sahibləri rayon rəhbərini səmimi qarşılayaraq Məzəm kəndində istinad divarlarının çəkilməsinə görə Respublika Prezident İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Eyni minnətdarlıq sözlərini digər kənd sakinləri Süleyman Süleymanov, Məqsəd Məmmədov və Mikayıl Osmanov da söyləyiblər. Ölkə Başçısının diqqət və qayğısını hər zaman hiss edən kənd sakinləri Ali Baş Komandanın əmri ilə öz doğma kəndlərini hər an müdafiə etməyə hazır olduqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərlə səmimi görüşüb, onlar tərəfindən qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə yanaşılacağını qeyd edib.

GOYEZEN.AZ

Facebook-da paylaş