Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər » Göyəzən internet portalı


Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər

Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə “Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş Xalça müəssisəsində olub.

Müəssisədə yaradılan şəraitlə, xalçaçıların fəaliyyəti ilə tanış olan qonağa məlumat verilib ki, şəhərin mərkəzində yüksək səviyyədə inşa olunmuş müəssisə ilk gündən səmərəli fəaliyyət göstərir.

Müəssisənin direktoru Nazim İbrahimov müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanıldığını və bu gün artıq fabrikdə 100-dən çox xalçaçının çalışdığını qeyd edib. Qısa müddət ərzində xalçaçıların qazandıqları uğurlardan danışan müəssisə direktoru “Xalçaçı günü” münasibətilə müəssisədə çalışan 3 nəfər xalçaçının “Azərxalça” ASC tərəfindən Fəxri Fərmanla təltif olunduğunu bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında “Xalçaçı günü”nün yüksək səviyyədə qeyd olunması və bütün xalçaçılara rayon rəhbərliyi adından gül dəstələrinin verilməsinin işçilərdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib. Eyni zamanda, ölçüsü 25 kv.m olan böyük bir xalçanın təqdimat mərasiminin keçirilməsini və iplər kəsildikdən sonra xalçanın istifadəyə verilməsini xalçaçı qızların ən böyük uğuru kimi qiymətləndirib.

Xalçaçılar Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər
Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər
Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər
Xalçaçılar yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər
GOYEZEN.AZ


Facebook-da paylaş