Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır » Göyəzən internet portalı


Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
Xəbər verdiyimiz kimi, “ASAN xidmət” 30 maydan etibarən Qazaxda fəaliyyətə başlayıb. “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə rayonumuza gəliblər. Vətəndaşlara səyyar xidmət Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) göstərilir.

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə “ASAN xidmət”in yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlə maraqlanıblar. “ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olublar.

Xidmətin qrup rəhbəri Elmar Ələsgərov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə azərpoçta dövlət rüsumlarının ödənilməsi, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir.

E.Ələsgərov 1 həftə ərzində 1550 nəfərin xidmətin fəaliyyətindən yararlandığını bildirib. Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək.

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaş məmnunluğuna nail olunmasıdır
GOYEZEN.AZ


Facebook-da paylaş