Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır » Göyəzən internet portalı


Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır

Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır
Bu gün abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur. Bu iş istər kənd, istərsə də şəhərdə yerləşən bağçalarda davam etdirilir.

Artıq bu istiqamətdə ötən il xeyli sayda yaddaqalan işlər görülmüşdür. Belə ki, rayonun Kosalar, Daş Salahlı, Xanlıqlar, Cəfərli kəndlərində yeni uşaq bağçaları əsaslı şəkildə yenidən qurularaq körpə fidanların istifadəsinə verilmişdir. Bundan əlavə, şəhərdə 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmiş, 2 saylı uşaq bağçası əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Şəhər 3 saylı körpələr evi-uşaq bağçasında isə təmir işləri sürətlə davam etdirilir.

Şəhərdə fəaliyyət göstərən və yararsız vəziyyətdə olan bağçalardan biri də 6 saylı körpələr evi-uşaq bağçasıdır. Demək olar ki, bu bağçada mövcud şərait günün tələblərinə cavab vermir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə mövcud vəziyyətlə yerində tanış olaraq bağçanın bütün otaqlarına baxıb. Tanışlıq zamanı məlum olub ki, bağça binasının əsaslı şəkildə təmirinə böyük ehtiyac vardır. Ona görə də rayon rəhbərliyi tezliklə bağça binasında təmir-bərpa işlərinin aparılacağını bilidirib. Qeyd edib ki, bağça yüksək səviyyədə təmir olunmalı və yenidən qurulmalıdır. Yaxın günlərdə bağça binasının əsaslı şəkildə təmir olunmasına başlanılacaqdır.

Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır
Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaqdır
GOYEZEN.AZ


Facebook-da paylaş