• Təqvim

  • Unutma

  • Maraq



Çoxmənzilli binaların təmiri uğurla davam edir

Çoxmənzilli binaların təmiri uğurla davam edir
Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur.

Çoxmənzilli binalarda aparılan abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 21 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb ki, həmin binalarda işlər sürətlə davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə “Hərbi şəhərcik” adlanan yaşayış massivində olaraq hərbiçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında, eləcə də həmin ərazidə yerləşən digər çoxmənzilli binada aparılan əsaslı təmir işləri ilə yaxından tanış olublar.

İş icraçısı Nəsrəddin Məmmədov məlumat verərək qeyd edib ki, hazırda binanın daxilində və xarici fasadında rənglənmə işləri aparılır. Bundan əlavə, blokların giriş hissəsinə qoyulmuş yeni dəmir qapılarda da eyni iş həyata keçirilir. Yaxın günlərdə işlər başa çatdırılacaqdır.

3 saylı binada yaşayan sakinlərdən Sevil Əsgərova, Tərlanə İbrahimova, 2 saylı bina sakini Tamella Məmmədova, “Hərbi şəhərcik”də komendant Fariz Musayev yaşadıqları binalarda təmir işləri aparıldığına görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Hərbiçi ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. 192 ailənin yaşadığı bu binalarda təmir işlərinin aparılmasını, hərbiçi ailələri üçün lazımi şəraitin yaradılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildirərək yüksək qiymətləndiriblər.

Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş