3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir » Göyəzən internet portalı


3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir

3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
Bu gün sevindirici haldır ki, Qazax rayonunda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işlərinin sırasında yeni bağça binalarının tikilməsi və yaxud əsaslı şəkildə təmir olunması da xüsusi yer tutur. Rayon rəhbərliyinin göstərdiyi qayğı sayəsində bu istiqamətdə yaddaqalan işlərin həyata keçirilməsi, körpələrin rahat şəkildə təlim-tərbiyə almaları üçün yüksək şəraitin yaradılması bu sahənin artan templə inkişaf etməsinin əyani sübutudur.

Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yenicə istifadəyə verilən 2 saylı uşaq bağçası bunu bir daha sübut edir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən ilki ənənəni bu il də davam etdirməsi, Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunmasını bir vəzifə kimi irəli sürməsi uşaqlara olan böyük diqqət və qayğının ən bariz göstəricisidir.

Rayon rəhbərliyinin tapşırığı ilə əsaslı şəkildə təmir olunan növbəti belə şəhər bağçalarından biri də 3 saylı körpələr evi-uşaq bağçasıdır.

İcra Başçısı bağçada körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin olduqca yararsız olduğunu nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir neçə gündür ki, burada təmir işlərinə başlanılıb.

Bu gün İcra Başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə həmin binaya gələrək təmir işlərinin gedişatı ilə tanış olub.

İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın damı başdan-başa sökülmüş və yeni metal örtüklə örtülmüşdür. Binanın daxili hissəsində söküntü işləri aparılır ki, bu iş də yekunlaşmaq üzrədir. Söküntü başa çatdıqdan sonra suvaq vurulacaq, arakəsmə hissələrdə hörgü işlərinə başlanılacaq. Lazım olan hissələrə beton döşəmə töküləcəkdir. Bu işlərlə yanaşı, hazır olan otaqlarda tavana alçiban vurulacaqdır.

İş icraçısı qeyd edib ki, daxildə və binanın həyətində demək olar ki, işlər paralel olaraq aparılır. Belə ki, binanın həyətində də hörgü işləri həyata keçirilir. İşlər başa çatdıqdan sonra səliqə-sahman yaradılacaqdır.

İcra Başçısı təmir işləri ilə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib, görülən işlərin keyfiyyətlə aparılmasını tapşırıb.

3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir
GOYEZEN.AZ






Facebook-da paylaş