2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır » Göyəzən internet portalı


2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır

2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır
Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bu sahədə olan inkişafdan xəbər verir.

Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunmuş 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Kosalar kəndindəki 2, 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası bunun ən bariz nümunəsidir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçası da bu sahənin uğurla davam etdirilməsi deməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə yeni istifadəyə verilən 2 saylı uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə maraqlanıblar. Əsaslı şəkildə təmir olunan bağça ilə tanış olaraq yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıblar. Bağçada yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı ilə yaxından tanış olublar.

Bağçanın müdiri Hicran Xəlilova Respublika Prezidenti İlham Əliyevə ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə kollektiv adından öz dərin minnətdarlığını bildirib. Bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlərin görülməsini yüksək qiymətləndirib.

Fəaliyyətə başladığı ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü bildirib. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını qeyd edib. Bu gün bağçada yataq və oyun otaqlarının, dəhlizin, anbarın, mətbəxin, sanitar qovşağının, müasir istilik sisteminin, müdir otağının ən yüksək səviyyədə olduğunu bildirib.

2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır
2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır
2 saylı uşaq bağçası əsaslı təmirdən sonra göz oxşayır
GOYEZEN.AZ


Facebook-da paylaş