• Təqvim

  • Unutma

  • Maraq

Qazax rayonunun nümayəndə heyəti Litvanın Trakay şəhərindən xoş təəsüratlarla qayıdıblar

Bildiyiniz kimi, 2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Trakay şəhəri arasında təhsil, mədəniyyət, tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalanmışdı. Bu əməkdaşlıq bu gün yüksək səviyyədə davam etdirilir.

Trakay rayon bələdiyyəsinin meri Edita Rudelenenin rəsmi dəvəti ilə Trakay şəhərinə səfər edən nümayəndələrimiz Litvanın Trakay şəhərində keçirilən “Trakay yayı-2018” adlı bayram şənliyində iştirak ediblər.

Nümayəndələrimiz Trakay rayon bələdiyyəsinin meri Edita Rudelene tərəfindən yüksək səviyyədə qarşılanıblar.

01-03 iyun 2018-ci il tarixlərində keçirilmiş bayram şənliklərində və rəsmi ziyafət tədbirlərində Almaniya, İtaliya, İsrail, Polşa, Ukrayna, Belorusiya, Azərbaycan və Gürcüstan ölkələrinin nümayəndələri iştirak ediblər.

Rəsmi ziyafətdə hədiyyələr mübadiləsi zamanı nümayəndələrimiz Trakay rayon bələdiyyəsinin meri Edita Rudeleneyə Qazax xalçası, üzərində “Damcılı bulağı” və “Göyəzən dağı” əks olunmuş suvenirləri təqdim ediblər. Xanım mer təqdim olunmuş hədiyyələri yüksək qiymətləndirərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlığını bildirib.

Açıq havada keçirilən bayram şənliklərində litvalılar milli geyimlərdə çıxış edərək rəqs edib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Trakay şəhərinin gəzməli və görməli yerlərinə gəzintilər təşkil olunub, tarixi abidələrə baxış keçirilib.

Bayram şənliyi Trakay qəsrində möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Bayram tədbirlərində iştirak edən nümayəndələrimiz onlara göstərilən diqqət və qayğıdan, litvalıların qonaqpərvərliyindən məmnun olduqlarını bildirərək ən xoş təəsüratlarla rayona qayıdıblar. Qazax və Trakay şəhərləri arasındakı bu münasibətlərin bundan sonra da uzun illər davam etməsinə ümid ediblər.

Facebook-da paylaş