“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib » Göyəzən internet portalı


“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri genişləndirilmiş, 20 min hektar sahədə əkin aparılmışdır.

Artıq rayonda kartofçuluq əsas kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdir. Öz fəaliyyətlərini aqrar sahədə quran iş adamları, ayrı-ayrı sahibkarlar, rayon sakinləri kartof əkininə daha çox diqqət yetirir, əkin sahələrini genişləndirirlər.

Rayondakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı buna əyani şəkildə sübutdur. Əvvəlki illərdə olduğu kimi, bu il də təsərrüfatda məhsul istehsalının artırılması istiqamətində böyük işlər görülür. Cari ildə təsərrüfatda 202 hektar sahədə kartof və 1502 hektar sahədə taxıl əkini aparılmışdır. Yüksək məhsuldarlıq əldə edilməsi üçün sahələrdə aqrotexniki qaydalara əməl olunmuşdur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirib, mövcud vəziyyətlə maraqlanıb.

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş