2 saylı uşaq bağçasının təmiri başa çatıb » Göyəzən internet portalı


2 saylı uşaq bağçasının təmiri başa çatıb

2 saylı uşaq bağçasının təmiri başa çatıb

Ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Kosalar, Daş Salahlı, Cəfərli, Xanlıqlar kəndlərindəki bağçalar əsaslı şəkildə təmir olunub, şəhər 1 saylı bağça üçün yeni bina tikilərək uşaqların istifadəsinə verilib.

Bir ənənə şəklini almış bağçaların təmir olunması işləri bu il də davam etdirilir. İcra Başçısının tapşırığına əsasən əsaslı şəkildə təmiri aparılan şəhər 2 saylı uşaq bağçasında işlər demək olar ki, başa çatdırılıb.

İcra Başçısı bu gün bağça binasına gələrək təmir işləri ilə yaxından tanış olub. İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binanın hər 2 mərtəbəsində görülməsi nəzərdə tutulmuş əsas işlər tam başa çatıb. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bütün arakəsmə hörgü işləri yekunlaşıb. Hər iki mərtəbədə suvaqaltı elektrik xəttinin çəkilməsi başa çatıb. İkinci mərtəbədə suvaq və üzlük vurulması işləri də tam yekunlaşıb.

Tavanlara alçiban vurulub. Köhnə pilləkan məhəcəri də sökülərək yenisi ilə əvəz olunub. Bir sözlə, binada əsas işlər görülüb. Rənglənmə işləri başa çatdırılıb. Hazırda son tamamlama və təmizlik işləri aparılır. Bina açılışa tam hazırdır.


İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb
2 saylı uşaq bağçasının təmiri başa çatıb


Facebook-da paylaş