Məktəbin təmiri sürətlə aparılır » Göyəzən internet portalı


Məktəbin təmiri sürətlə aparılır

Məktəbin təmiri sürətlə aparılır
Qazax rayonunda digər sahələrlə yanaşı məktəb tikintisinə də böyük önəm verilir, mütəmadi olaraq yeni tədris ocaqları tikilir. Həmin ənənə bu il də davam etdirilir.

Bir aydan çoxdur ki, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə təmir olunmasına başlanılıb. Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə aparılan əsaslı təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün ilk gündən səylə çalışırlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 2 nömrəli tam orta məktəbə gələrək təmir işləri ilə tanış olub.

İş icraçısı Pərviz Qafarov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib.

Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarlarında bünövrə hissəsinə beton qatı tökülüb.

Söküntü işləri başa çatan hissələrə suvaq vurulur ki, idman zalı və klubda bu iş yekunlaşıbdır.

Təmir işləri ilə ətraflı tanışlıqdan sonra iş icrasına tapşırıq və tövsiyələr verilib.

Elçin İSMAYIL

Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır
Məktəbin təmiri sürətlə aparılır


Facebook-da paylaş