Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini Süleymanova Dürdanə Rəhim qızı qızına sığınacaq verilməsi ilə bağlı müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra boş ev olan zaman bu məsələyə baxılacağını bildirib.

Kosalar kənd sakini Əlizadə İlqar Xalid oğlu işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa işlə təmin olunması üçün imtahan verməsi tövsiyə olunub.

Aşağı Əskipara kənd sakini Alıyev Ələnur Hümbət oğlunun işlə bağlı müraciətinə İcra Başçısı tərəfindən dövlət qulluğuna imtahan verməsi tövsiyə olunub.

Şəhər sakini Məmmədrzayev Amil Fəxrəddin oğlunun həyat yoldaşı ilə birlikdə işlə təmin olunması barədə müraciətinə əlaqə saxlanılması bildirilib.

Bağanıs Ayrım kənd sakini, məcburi köçkün Poladova Dilqəm Mahmud qızı oğlu Poladov Azər Allahverən oğlunun işlə təmin olunmasını xahiş edib. Rayon rəhbərliyi vətəndaşa köməklik göstərilməsi barədə göstəriş verib.

Canalı kənd sakini olan və hazırda Bakıda yaşayan Məmmədov Vüqar Xanbaba oğlunun ünvanlı sosial yardımla bağlı müraciəti diqqətlə dinlənildikdən vətəndaşa köməklik olunması barədə tapşırıq verilib.

II qrup Qarabağ müharibəsi əlili Kazımov Mübariz Yaqub oğlu və müharibə veteranı Paşacanov Rəfi Məhəmməd oğlu rüsum haqqı ödəmədən həyətyanı torpaq sahəsi almaqla bağlı müraciət ediblər. Məlum olub ki, hər iki vətəndaşın adına torpaq sahəsi var. Ona görə də onlar ikinci dəfə bu imtiyazlarından istifadə edə bilməzlər.

Şəhər sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Namazov Orxan Sədi oğlunun, təqaüdçü Abbasova Sücayət Əziz qızının, Qarayev Dursun Qara oğlunun, Əliyeva Gilas Raqif qızının müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş