• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq

Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazax rayonunda həyata keçirilən tikinti-abadlıq və quruculuq işlərində yeni bağça binalarının tikilməsinə, əsaslı şəkildə təmir olunmasına xüsusi önəm verilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu istiqamətdə mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.

Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Qısa bir zaman kəsiyində Kosalar kəndindəki 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası əsaslı təmir olunaraq uşaqların ixtiyarına verilib. Şəhərdə isə 1 saylı körpələr evi-uşaq bağçası üçün 3 mərtəbəli yeni bina tikilib.

Bağçalarla bağlı görülən işlər bununla bitmir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunması bir vəzifə kimi irəli sürülmüş və bu istiqamətdə əməli işlər görülür. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir.

Şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası da körpələrin təlim-tərbiyə almaları üçün olduqca yarasız vəziyyətdədir. Rayon rəhbərliyi bağçada olaraq mövcud vəziyyətlə tanış olduqdan sonra bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi həmin bina ayrılıb.

Bu gün İcra Başçısı bağçanın yerləşəcəyi həmin binaya gələrək şəraitlə yerində tanış olub. Mövcud vəziyyət yerində araşdırıldıqdan sonra bağça üçün yeni binanın təmir olunması qərara alınıb.

İcra Başçısı Rəcəb Babaşov binanın əsaslı şəkildə yenidən qurulması üçün tapşırıq və tövsiyələrini verib.

Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
Qazaxda daha bir bağça əsaslı şəkildə təmir olunacaq
GOYEZEN.AZ


Facebook-da paylaş