• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Kosalar kənd sakini Hüseynova Lalə Ülfət qızı işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa işlə təmin olunması üçün imtahan verməsi tövsiyə olunub.

Şəhər sakinlərindən şəhid anası Qurbanova Hamaya Mustafa qızı və şəhidin həyat yoldaşı Məmmədova Aygül Nurəddin qızı yaşadıqları ərazidə şəhid üçün bulaq tikilməsini xahiş ediblər. İcra Başçısı onları diqqətlə dinlədikdən sonra kömək ediləcəyini bildirib.

Sofulu kənd sakini, məcburi köçkün Zöhrə Mustafayeva həyat yoldaşının işlə təmin olunması barədə müraciət edib. İcra Başçısı vətəndaşa köməklik göstərilməsi barədə tapşırıq verib.

Kosalar kənd sakini Mehdixanova Günel Elçin qızı ötən həftə keçirilən fərdi qəbul zamanı işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdiyini və İcra Başçısının tapşırığına əsasən artıq bağçada işlə təmin olunduğunu qeyd edib. Bununla əlaqədar rayon rəhbərinə minnətdarlığını bildirib.

Xanlıqlar kənd sakini Nadir Mustafa oğlu Mustafayev oğlu Firdovsinin işlə təmin olunmasına köməklik göstərilməsi barədə xahiş edib. İcra Başçısı vətəndaşa Məşğulluq Mərkəzinin xətti ilə saxlamaq üçün iribuynuzlu heyvan verilməsini tapşırıb.

II qrup Qarabağ müharibəsi əlili, Daş Salahlı kənd sakini Kərimov Mahmud Yasin oğlu həyat yoldaşı Əliyeva Kafayə Telman qızı ilə birlikdə İcra Başçısından evlərinin tikintisinə köməklik göstərilməsini xahiş ediblər. İcra Başçısı vətəndaşların tikinti materialları ilə təmin olunması barədə göstəriş verib.

Çaylı kənd sakinlərindən şəhid ailəsi Həsənov Asim Salamət oğlu və Həsəov Pərviz Salamət oğlu rayon rəhbərliyindən torpaqla təmin olunmaları barədə xahiş ediblər. İcra Başçısı məsələyə yerində baxılıb araşdırılmasını tapşırıb.

Bakı şəhər sakini Quliyeva Səbinə Ramiz qızı Quşçu Ayrım kənd sakinlərinin təşəkkürlərini İcra Başçısına çatdıraraq bir sıra məsələlərin həll olunmasını rayon rəhbərliyindən xahiş edib. İcra Başçısı sakinlərin müraciətlərinin yerinə yetirilməsi barədə tapşırıq verib.

Qazax şəhərində yaşayan Məzəm kənd sakini Məmmədova Səkinə Oktay qızının mənzillə təmin olunması barədə müraciətinə cavab olaraq onun kəndə köçməyi təklif olunub.

Şəhər sakinlərindən Məmmədova Ziba Məhəmməd qızının, Hüyeynbəyli İmran Nizami oğlunun, Ürkməzli kənd sakini Əhmədov Azad Mahmud oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş