2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur » Göyəzən internet portalı


2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur

2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur
Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün ilk gündən səylə çalışırlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev şəhər 2 nömrəli tam orta məktəbə gələrək təmir işləri ilə tanış olublar.

İş icraçısı Pərviz Qafarov məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib.

Məlumat verilib ki, təmir işləri ilə yanaşı, məktəbdə müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarlarında bünövrə hissəsinə beton qatı tökülüb.

Söküntü işləri başa çatan hissələrə suvaq vurulur ki, idman zalı və klubda bu iş yekunlaşıbdır.

Təmir işləri ilə ətraflı tanışlıqdan sonra iş icrasına tapşırıq və tövsiyələr verilib.

2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur
2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur
2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur
2 nömrəli məktəb əsaslı şəkildə təmir olunur
GOYEZEN.AZ


Facebook-da paylaş