• Təqvim

  • Unutma

  • Maraq



1 saylı körpələr evi-uşaq bağçası xoş təəssürat oyadıb

1 saylı körpələr evi-uşaq bağçası xoş təəssürat oyadıb
Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulub müasir inventar və avadanlıqlarla təmin olunması artıq bir ənənə şəklini alıb.

Əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası bunun ən bariz nümunəsidir.

Ötən il dekabrın 25-də Qazax şəhərində istifadəyə verilmiş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası valideynlərin, uşaqların böyük sevincinə səbəb olub.
1 saylı körpələr evi-uşaq bağçası xoş təəssürat oyadıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev həmin bağçada olublar. Burada yaradılan şərait, yataq otaqları, mətbəx, oyun otaqları, musiqi otaqları, idman otağı ilə tanışlıq xoş təəssürat oyadıb.

Bağça müdiri İradə Mustafayeva qeyd edib ki, körpə fidanların normal şəkildə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradılıb, bağça bütün inventarlarla təmin olunub. Yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısına, rayon rəhbərinə bütün müəllim və valideynlər adından bir daha öz dərin minnətdarlığını bildirib.

1 saylı körpələr evi-uşaq bağçası xoş təəssürat oyadıb
GOYEZEN.AZ


Facebook-da paylaş