Xanlıqlar kəndindəki uşaq bağçasında şərait yüksək səviyyədədir » Göyəzən internet portalı


Xanlıqlar kəndindəki uşaq bağçasında şərait yüksək səviyyədədir

Xanlıqlar kəndindəki uşaq bağçasında şərait yüksək səviyyədədir
Qazax rayonunda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur.

Belə bağçalardan biri də Xanlıqlar kənd körpələr evi-uşaq bağçasıdır. Bağça ötən il noyabr ayının 6-da əsaslı şəkildə təmir olunduqdan sonra istifadəyə verilmişdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında olublar.

Bağça müdiri Fəxrəndə Məmmədova balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün bağçada hər cür şərait yaradıldığını qeyd edib. Uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıb.

Bağçanın yataq otaqları, mətbəxi, oyun otaqları, musiqi otaqları ilə tanış olduqdan sonra razılıqlarını bildiriblər.

Sonra baramaçılıqda vəziyyətin necə olması ilə maraqlanıblar. Məlumat verilib ki, bu il kümçülər 350 kq məhsul istehsal etməyi qarşılarına məqsəd qoyublar. Onlar bu nəticəni əldə etmək üçün ilk gündən səylə çalışırlar. Baramaya qulluq onu deməyə əsas verir ki, kümçülər bu nəticəni əldə edəcəklər.

Xanlıqlar kəndindəki uşaq bağçasında şərait yüksək səviyyədədir
Xanlıqlar kəndindəki uşaq bağçasında şərait yüksək səviyyədədir
GOYEZEN.AZ


Facebook-da paylaş