“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında » Göyəzən internet portalı


“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında
Qazaxda kənd təsərrüfatının inkişaf etməsində “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı başlıca rol oynayır. Fəaliyyətə başlamasından az vaxt keçməsinə baxmayaraq, təsərrüfatın uğurları çoxdur.

Təsərrüfatda əkin-səpin üçün lazım olan qədər texnika olmasının nəticəsidir ki, kartof, taxıl, tütün və digər kənd təsərrüfatı məhsulları vaxtlı-vaxtında əkilib becərilir və itkisiz yığılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev təsərrüfatda olaraq kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olublar. Məlumat verilib ki, bu il kollektiv 250 hektar sahədə kartof, 1502 hektar sahədə taxıl, 40 hektar sahədə isə tütün əkmişdir.

Bildirilib ki, taxıl sahələrində bol məhsul yetişdirilibdir. Gələn ay biçinə başlanılacaqdır. Kartof əkini vaxtında başa çatdırılmış və suvarılmışdır. Tütün əkini də vaxtlı-vaxtında başa çatdırılıb və becərilməsi gedir.

Rayon rəhbərliyi kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ


Facebook-da paylaş