Elektrod Zavodunun tikintisi yekunlaşmaq üzrədir » Göyəzən internet portalı

Elektrod Zavodunun tikintisi yekunlaşmaq üzrədir

Elektrod Zavodunun tikintisi yekunlaşmaq üzrədir
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə yeni sənaye müəssisələri yaradılır, bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür.

Bu sahə ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyi Qazax rayonunda da yeni-yeni istehsal müəssisələri tikilir, sosial obyektlər inşa olunur.

Belə istehsal müəssisələrindən biri də Xanlıqlar kəndi ərazisində tikilən Elektrod Zavodudur. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən yeni zavodda demək olar ki, tikinti işləri yekunlaşmaq üzrədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti aparılan ilk gündən mütəmadi olaraq yeni inşa olunan zavodda görülən işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbərliyi bu gün də zavodda olaraq son tamamlanma işləri ilə tanış olub.

İcra Başçısına məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.

Bundan başqa, ofis binasında da əsas işlər başa çatıb. Binada rəngsaz, metlak və tavanın vurulması işləri artıq yekunlaşıbdır. Eyni zamanda, zavodun həyətinə tamet vurulub və abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.

Elçin İSMAYIL

Facebook-da paylaş