• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşov tərəfindən vətəndaşların fərdi şəkildə qəbul edilməsi və müraciətlərinə baxılması artıq bir ənənə halını alıb. Hər bir rayon sakini rəsmi qəbul günündən başqa ərizəsinə əsasən fərdi şəkildə də qəbul edilir, öz qayğılarını rahat şəkildə çatdıra bilirlər.

Bu gün də bir qrup vətəndaş müxtəlif məsələlərlə bağlı müraciət ediblər.

Şəhər sakini Orucov Nizami Firuddin oğlu gəlini Məmmədova Nurlana Rauf qızının işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra imtahanda iştirak etməsini tövsiyə edib.

Ağköynək kənd sakini Abdullayeva Aygün Allahverdi qızı İcra Hakimiyyətinə evlərinə internet xəttinin çəkilməsi ilə bağlı ərizə ilə müraciət edib. İcra Başçısı qaldırIlan məsələnin həlli ilə bağlı aidiyyatı idarənin rəhbərinə tapşırıq verib.

İkinci Şıxlı kənd sakini Musayev İlham Səməndər oğlu rayon rəhbərliyindən kənd uşaq bağçasında işləyən həyat yoldaşı Məhyəddinova Şahsənəm Qərib qızının iş saatının artırılmasını xahiş edib. İcra Başçısı məsələnin həll olunması barədə tapşırıq verib.

Şəhər sakini Əlizadə Yusif İsmayıl oğlunun ünvanlı sosial yardım alınmasına köməklik göstərilməsi ilə bağlı müraciəti də müsbət həll olunub.

Çaylı kənd sakini Hüseynəliyev İlqar Qurban oğlunun pay torpaqlarına gedən yolun açılması ilə bağlı müraciətinə rayon rəhbərliyi tərəfindən baxıldıqdan sonra cavab veriləcəyi bildirilib.

Bağanıs Ayrım kəndindən olan məcburi köçkün Poladova Dilqəm Mahmud qızı hərbidən tərxis olunmuş oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. İcra Başçısı işaxtaranın yanına gəlməsini bildirib.

Ağköynək kənd sakini Cəfərova Sevinc Namaz qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri gəncin işlə təmin olunmasını tapşırıb.

Şəhər sakinlərindən Quluyeva Vüsalə Nüsrət qızının və Burcəliyev Elmurad Əşrəf oğlunun, Xanlıqlar kənd sakini Şahbazov Şahbaz Süleyman oğlunun müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş