Vətəndaşların müraciətinə yerində baxılıb » Göyəzən internet portalı

Vətəndaşların müraciətinə yerində baxılıb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, rayon sakinlərinin müraciətlərinə əsasən yerlərdə olur.

Bu gün rayon rəhbərliyi bir neçə belə görüş keçirib. İcra Başçısı əvvəlcə rayonun Xanlıqlar kəndində olub.

Dünən Xanlıqlar kəndində keçirilən səyyar görüş zamanı kənd sakini Həsənov Həsən Tofiq oğlu rayon rəhbərindən onu fərdi şəkildə qəbul etməyi xahiş eləmişdi.

Bununla əlaqədar günün ikinci yarısında fərdi qəbulda olan vətəndaş İcra Başçısına ona məxsus olan torpaq sahəsinin Zeynalov Azad Vəli oğlu tərəfindən zəbt olunması ilə bağlı müraciət etmişdi. Rayon rəhbəri məsələyə yerində baxılaraq aydınlıq gətiriləcəyini bildirmişdi. Bu gün həmin ərazidə olan İcra Başçısının tapşırığına əsasən qeyd olunan ərazi mütəxəssislər tərəfindən ölçülüb və son nəticədə vətəndaşın torpaq sahəsinin qonşusu tərəfindən mənimsənilmədiyi məlum olub.

Rəcəb Babaşov dünən vətəndaşları fərdi şəkildə qəbul edən zaman Daş Salahlı kənd sakini, təqaüdçü Göyüşov Qəzənfər Yusif oğlu ona torpaq sahəsinin verilməsi ilə bağlı müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra kəndə gəlib vəziyyətlə yerində tanış olacağını bildirmişdi.

Bu gün İcra Başçısı həmin əraziyə gələrək vəziyyətlə yerində tanış olub. Görüşdə Q.Göyüşov, onun qonşuları, kənd sakinləri də iştirak edib. Sakinlərdən Lətif Səttarov, Cəfər Göyüşov və başqaları söz alaraq həmin ərazinin kəndin ümumi mal-qarası üçün su içməkdən ötrü istifadə olunan sahə olduğunu qeyd ediblər.

Görüşdə iştirak edən bütün sakinlər çıxış edənlərlə həmrəy olduqlarını bildiriblər.

Sonda həmin ərazi vətəndaşa verilməyib.

Elçin İSMAYIL

Facebook-da paylaş