• Təqvim

  • Unutma

  • Maraq

“İnvestel GROUP” MMC-də əsas işlər görülüb

“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
Ölkəmizdə sahibkarlığın inkişaf etməsi üçün olduqca əlverişli olan Qazax rayonunda da sahibkarlara və iş adamlarına hərtərəfli dəstək verilir, diqqət və qayğı göstərilir, onlar üçün münbit şərait yaradılır.

Ölkə Başçısının tapşırığına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni-yeni sahibkarlıq obyektləri tikilir, istehsal müəssisələri inşa edilir.

Rayonun ünvanına daxil olan yeni sahibkarlıq obyektlərindən biri də “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən kənd təsərrüfatı müəssisəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, mütəmadi olaraq yeni inşa olunan tikinti obyektinə baş çəkir, görülən işlərlə maraqlanır.

Bu gün də rayon rəhbərliyi yeni istehsal müəssisəsinə gələrək həyata keçirilən işlərlə yaxından tanış olub.

Layihə rəhbəri Kamil Əlimirzəyev məlumat verərək bildirib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Qeyd edib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

Hazırda 2600 tonluq soyuducu anbarın tikinti və metal konstruksiya montaj işləri bitib. Üst örtüyün vurulması işləri isə yekunlaşmaq üzrədir. Eyni zamanda, inzibati binada daxili tamamlanma işləri görülməkdədir.

Məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir.

Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.
Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Layihə rəhbəri onu da qeyd edib ki, 1100 hektar sahədə əkin işləri aparılıb. Ilk dəfə olaraq göstərilən sahənin 200 hektarında qarğıdalı, 200 hektarında noxud, 200 hektarında isə kartof əkilib. Məlumat üçün bildirək ki, rayon tarixində ilk dəfə olaraq “İnvestel GROUP” MMC tərəfindən 200 hektar sahədə noxud əkilib. Bundan başqa, 85 hektar sahədə buğda, 415 hektar sahədə isə arpa səpilib. Səpinlə yanaşı, sahələrdə dərmanlama və digər aqrotexniki tədbirlər də görülüb.

Elçin İSMAYIL

Facebook-da paylaş