Mülki müdafiəyə diqqət artırılmalıdır » Göyəzən internet portalı


Mülki müdafiəyə diqqət artırılmalıdır

Mülki müdafiəyə diqqət artırılmalıdır
Bu gün Qazax rayonunda mülki müdafiəyə diqqətin artırılması, bu sahədə tələb olunan tədbirlərin həyata keçirilməsinə daha ciddi yanaşılması ilə əlaqədar tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin baçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək fövqəladə hallar və Mülki Müdafiə sahəsi ilə bağlı danışıb, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq mülki müdafiə haqqında müvafiq Qanun və Qərarların icrasına daha çox diqqət yetirilməlidir. Bununla bağlı mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına, tədbirlər və tədris planlarına uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə rayonun bütün əhalisinin hazırlanması planlaşdırılmış və bu istiqamətdə tədbirlər həyata keçirilir.
Mülki müdafiəyə diqqət artırılmalıdır
Rayonda mülki müdafiə işinin təşkili, fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması məqsədilə Qazax rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı” hazırlanmışdır.
Mülki müdafiəyə diqqət artırılmalıdır
Rəcəb Babaşov qeyd edib ki, mülki müdafiə sahəsində tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə mütəmadi olaraq rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları verilmiş, sərəncam yerli özünüidarəetmə orqanlarına, mülki müdafiə xidmətlərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə çatdırılmışdır.

Tədbirdə qeyd olunub ki, rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas məqsəd - mülki müdafiə idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mülki müdafiə qərargahlarının rolunun artırılması, əhalinin və işçilərin mülki müdafiəyə hazırlanması, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsidir.

Tədbir iştirakçılarına fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər geniş izah edilmiş, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması bu gün qarşıda duran ən vacib məsələlərdən olduğu bildirilib.

Tədbirdə qeyd olunub ki, Qazax rayonunda mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində keçirilən tədbirlərə diqqət daha da artırılıb.

Mülki müdafiəyə diqqət artırılmalıdır
GOYEZEN.AZ



Facebook-da paylaş