Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub

Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov dünən Xanlıqlar kəndində keçirdiyi səyyar görüşdə sakinlər bir sıra məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Bu gün İcra Aparatında həmin məsələlərin müzakirə olunması və həll edilməsi məqsədilə görüş keçirilib. Görüşdə müraciət edən vətəndaşlar, kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri, kəndin işçi qrupunun üzvləri, qaldırılan məsələlərə aidiyyatı olan təşkilatların rəhbərləri iştirak edib.
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Rayon rəhbərliyi dünən görüşdə qaldırılan məsələlərdən danışaraq sözü müraciət edən kənd sakinlərinə verib. Kənd sakinləri çıxış edərək bildiriblər ki, kəndin içəri hissəsindən keçən yüksək gərginlikli elektrik xətti əhali üçün təhlükə mənbəyidir. Ona görə də onun yerinin dəyişdirilməsinin vacib olduğunu bildirərək rayon rəhbərliyindən bu məsələnin həll edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Görüş iştirakçıları qaldırılan məsələnin aktual olduğunu qeyd edərək elektrik xəttinin kəndin ərazisindən kənarda çəkilməsinin vacibliyindən söz açıblar. İcra Başçısı kənddən keçən 35 minlik elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı aidiyyatı təşkilatlara məktub hazırlanmasını tapşırıb.

Kənd sakini Azad Məmmədov kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına kömək göstərilməsi ilə bağlı rayon rəhbərliyinə müraciət edib. Ağstafaçay su dəryaçasının istismarı idarəsinin rəisi Yusif Nəsibov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, işçi qrupunun üzvü Xatın Hüseynxanova çıxış edərək rayon ərazisində yerləşən su hövzələrindəki sulardan qənaətlə istifadə olunmasını və bununla bağlı kənddə əməli işlərin görülməsini qeyd ediblər.

İbrahim Həməşəyevin kənddə özünün yaşadığı əraziyə marşrutun işləməməsi barədə qaldırdığı məsələyə “Qazax Avtovağzal” ASC-nin sədri Eyvaz Quliyev aydınlıq gətirib.

Səyyar görüşdə qaldırılan bütün məsələlər müzakirə olunub və öz həllini tapıb.

Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
Səyyar görüşdə qaldırılan məsələlər müzakirə olunub
GOYEZEN.AZ


Facebook-da paylaş