• Təqvim

  • Unutma

  • Maraq



Xalçaçıların peşə bayramı qeyd olunub - Qazaxda

Xalçaçıların peşə bayramı qeyd olunub -
Qazax rayonunda bütün sahələrlə yanaşı, xalçaçılığın inkişaflna da diqqət və qayğı göstərilir. Şəhərin mərkəzində “Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsi buna əyani sübutdur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xalça müəssisəsinə gəlib.
Xalçaçıların peşə bayramı qeyd olunub -
Müəssisənin direktoru Nazim İbrahimov fəaliyyətləri barədə məlumat verərək bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq fabrikdə 80-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar qazanıblar. “Xalçaçı günü” münasibətilə müəssisədə çalışan Rahilə Əsgərova, Fatma Ləzgiyeva və Xalidə Yolçuyeva “Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunub.

Müəssisəyə daxil olan zaman burada çalışan xalçaçı qızlar, qadınlar rayon rəhbərliyini alqışlarla, böyük səmimiyyətlə qarşılayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün xalçaçıları peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib.
Xalçaçıların peşə bayramı qeyd olunub -
İcra Başçısı rayonumuzda görülən işlər barədə danışaraq qeyd edib ki, Qazaxda bütün işlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilir və son 2 ildə Qazaxda genişmiqyaslı tikinti-quruculuq işləri görülmüşdür. Yeni iş yerlərinin açılması, əhalinin işlə təmin olunması istiqamətində də əhəmiyyətli dərəcədə işlər həyata keçirilmişdir. Xalça fabrikinin tikilməsi və işə salınması, sizlərin işlə təmin olunması buna əyani sübutdur.

Sonra rayon rəhbərliyi adından peşə bayramı münasibətilə bütün xalçaçılara gül-çiçək dəstələri hədiyyə olunub.

Toxucu Rahilə Əsgərova xalçaçılar adından çıxış edərək yeni müəssisədə onların işləmələri üçün hər cür şərait yaradıldığını qeyd edib. Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlığını bildirib.

Sonra toxunması başa çatdırılmış, ölçüsü 25 kv.m olan böyük bir xalçanın təqdimatı olub. Bu münasibətlə alqış sədaları altında qırmızı lent və iplər kəsilib,
xalça istifadəyə verilib.

Elçin İSMAYIL

Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -
Xalçaçıların peşə bayramı qeyd olunub -


Facebook-da paylaş