Ulu öndərə həsr olunmuş kitab sərgisi keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Ulu öndərə həsr olunmuş kitab sərgisi keçirilib

Ulu öndərə həsr olunmuş kitab sərgisi keçirilib
Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsi açıq havada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş kitab sərgisi keçirib.

Sərgidə ulu öndərin şərəfli ömür yolunu işıqlandıran 50-dən çox material - “Tarixin Azərbaycanlı dahisi”, “Ümummilli lider Hedər Əliyev-95”, “Uşaqların yaxın dostu” başlığı altında kitablar nümayiş etdirilib.

Eyni zamanda “2018 - Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, “Şərqdə ilk Parlamentli Respublika”, “Tariximiz - Şərəfimiz”, “Dilimiz milli varlığımızdır”, “Şairlər vətəni Qazaxım mənim”, “Uşaqları kitabla böyüdək”, “Uşaqların nağıl dünyası”, “Kitab tutan balaca əllər” başlığı altında sərgidə nümayiş etdirilən ədəbiyyatlar da geniş oxucu marağına səbəb olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təşkil olunan sərgidə iştirak edib. Qazax rayonunun ziyalılarla tanındığını qeyd edib. Azyaşlı uşaqları və gəncləri kitabxanaya cəlb etməyin ən mühüm təbliğat vasitəsi olduğunu bildirərək bu cür sərgilərin təşkilini yüksək qiymətləndirib.

Gün ərzində davam edən və geniş oxucu auditoriyasını əhatə edən sərgidə 250-dən çox oxucu və kitabsevərlər iştirak edib.

Ulu öndərə həsr olunmuş kitab sərgisi keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş