Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib » Göyəzən internet portalı

Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib

Bu gün Qazax rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, Bakı şəhərindən gələn fotoqraflar və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Qazax rayonunun təbiət mənzərələrinin, tarixi abidələrinin, sərhəd kəndlərinin, mədəni həyatının, qorxmaz insanlarının əks olunduğu foto-sərgiyə baxıblar.
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib
Sərgiyə baxış başa çatdıqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sərgi iştirakçılarını salamlayıb, ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ümummilli lider zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib
R.Babaşov bildirib ki, Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqinin, teatrın, kino sənətinin, heykəltəraşlıq və rəssamlığın, xalça sənətinin inkişafı ulu öndərin adı ilə bağlıdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyevin başladığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş foto-sərgi keçirilib
Layihənin rəhbəri, gənc rəssam Akif Əmirov layihə haqqında məlumat verərək bildirib ki, sərgidə Bakıdan gəlmiş sərbəst fotoqraflar Rütsəm Hüseynovun, Vaqif Muğalovun, Pərvanə Mustafayevanın, Səfiyar Məcnunun, Süleyman Süleymanlının, Elnur Muxtarovun və Sultanə Əhmədlinin çəkdikləri fotolar nümayiş olunur. Bildirib ki, layihənin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün daha böyük anlamda davam etdirilən gənc rəssam və fotoqraflara göstərilən diqqət və qayğını əks etdirməkdir.

Fotoqraflardan Səfiyar Məcnun və Pərvanə Mustafayeva çıxış edərək rayonda foto-sərgi üçün çəkiliş apardıqları zaman onlara göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxış edərək olduqca maraqlı sərginin keçirildiyini qeyd edib, gənc fotoqraflara uğurlar arzulayıblar.

Elçin İSMAYIL

Facebook-da paylaş