• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayonunda vətəndaşların rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edilməsi və müraciətlərinə baxılması artıq bir ənənə halını alıb.

Bu gün də bir qrup rayon sakini ərizəsinə əsasən fərdi şəkildə qəbul edilib.

Daş Salahlı kənd sakini Abdullayeva Sevil Məhəmmədəli qızı işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra köməklik göstərilməsi barədə tapşırıq verib.

Orta Salahlı kənd sakini, II qrup əlil, təqaüdçü Hacıyev Həsən Mehralı oğlu müraciətində qızı Fidan Hacıyevanın işlə təmin olunmasını xahiş edib. Vətəndaşa dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verməsi tövsiyə edilib.

Ağköynək kənd sakini İsgəndərov Elşan Ayvaz oğlu oğlunun işinə düzgün baxılmaması ilə bağlı rayon rəhbərliyinə müraicət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra ona köməklik göstərilməsini tapşırıb.

Xanlıqlar kənd sakini Həbilov İsmayıl Vəli oğlunun, şəhər sakinləri Muradov Rəhim Murad oğlunun və Əsgərov Nazim Vahid oğlunun müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ




Facebook-da paylaş