Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub » Göyəzən internet portalı


Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub VİDEO

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Qazax, 19 oktyabr. GÖYƏZƏN.AZ AZƏRTAC-a əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Dövlətimizin başçısına yarımstansiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib.

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

“Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Bildirildi ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı “Daş Salahlı” yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.



Facebook-da paylaş